Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu yığmanın baş məşqçisi Fernandu Santuşdan narazıdır.
Fanat.Az "Correio da Manha"ya istinadən xəbər verir ki, 37 yaşlı hücumçu oyundan alınmasını istəmir.
Ronaldu mundialın hər üç oyununda - Qana ilə (3:2) 88-ci , Uruqvayla (2:0) 82-ci, Cənubi Koreya ilə (1:2) matçda 65-ci dəqiqədə əvəzlənib.
Xəbərə görə, Portuqaliya Futbol Federasiyası (PFF) Ronaldunun mövqeyini dəstəkləmir. PFF-dəki mənbənin dedikləri belə çatdırılıb: “Dünya çempionatının finalına çıxmağa üç oyun qaldı! Diqqətimizi yalnız matçlara yönəltməli və mübahisə etməməliyik”.
Xatırladaq ki, Ronaldu Cənubi Koreya ilə matçda (1:2) əvəzlənməyə çox emosional reaksiya vermişdi. Yayılan görüntülərdə onun Santuşa nəsə qışqırdığı sezilir. Oyundan sonra həm məşqçi, həm də Kriştianu emosional reaksiyalara Cənubi Koreya millisinin oyunçularından birinin səbəb olduğunu açıqlayıblar.