Xorvatiya millisinin lideri Luka Modriç DÇ-2022-nin yarımfinalında Argentinaya qarşı keçirəcəkləri oyundan danışıb.
Fanat.Az xəbər verir ki, "Sportske Novosti" onun dediklərini belə çatdırıb:
"Argentina böyük komandadır. Onlara qarşı nəinki bu mundialın, həyatımızın ən yaxşı oyununu sərgiləməyə köklənmişik. Finala çıxmağa bəs edəcək qədər yaxşı mübarizə aparacağımıza ümid edirəm.
Messi? Ona qarşı oynamaq istəyirəm. Amma Argentina yalnız Messidən ibarət deyil. Əlbəttə, bu futbolçunu saxlamaq bizim üçün asan olmayacaq. Ancaq mübarizəyə hazırıq.
Turnir başlamamışdan öncə xorvatları favorit sayan yox idi. Əlbəttə, bunu başa düşmək o qədər də çətin deyil. Axı ərazi baxımından Xorvatiya kiçik ölkədir. Açığı, bizi favorit sayılıb-sayılmamağımız maraqlandırmır. Şadam ki, yarımfinaldayıq. Bütün gücümüzü meydanda qoyacağımıza şübhəniz olmasın".
Qeyd edək ki, Argentina Xorvatiya ilə sabah qarşılaşacaq.
Nihat