16:33 26.12.2022 767

Azərbaycan klubları “qış yuxusu”na antirekordla getdi – Tura baxış

Azərbaycan Premyer Liqasında XVIII tura yekun vuruldu. Bu, həm də o deməkdir ki, mövsüm yarılandı və komandalar qısamüddətli istirahətə çəkildilər.

Yanvarın ilk günlərinə qədər istirahət edəcək klublar daha sonra Bakıda toplaşıb, mövsümün qalan hissəsinə hazırlıq üçün Antalyaya yollanacaqlar. Qış fasiləsi öncəsi keçirilən sonuncu tur antirekordla yadda qaldı. Belə ki, 2:2 hesabı ilə bitən “Zirə” – “Kəpəz” qarşılaşmasında 5 futbolçu meydandan qovulub. Bu göstərici də cari mövsümün antirekordudur.

“Neftçi” – “Şamaxı” 3:0
Qollar
: İsmayıl Zülfüqarlı, 41. Fuad Bayramov, 52-öz qapısına. Ağadadaş Salyanski, 89.

"Neftçi": 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 19. Azər Salahlı, 26. Ömər Buludov, 21. İsmayıl Zülfüqarlı, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 23. Ataa Caber, 11. Qodsvey Donyo, 24. Yusuf Laval, 77. Yeqor Boqomolski.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 2. Mert Çelik, 20. Vüsal Əsgərov, 84. Hüseyn Babayev, 51. David Orucov, 42. Xaqan Məmmədov, 91. Ağadadaş Salyanskiy, 92. Ömər Qurbanov, 16. Gilyerme Pato.
Baş məşqçi: Laurentsiu Regekampf.
"Şamaxı": 1. Rəşad Əzizli, 55. Adil Nağıyev (k), 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 11. Kamran Quliyev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 21. Qurban Səfərov, 23. Rövşən Şahmuradov.
Ehtiyat oyunçular: 12. Əkpər Vəliyev, 99. Sahib Həsənov, 9. Amil Yunanov, 8. Kamal Mirzəyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 7. Asim Əlizadə, 4. Arsen Ağcabəyov, 30. Mirəli Əhmədov, 79. Emil Qasımov, 24. Edqar Adilxanov.
Baş məşqçi: Vüqar Əsgərli.

Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Vüsal Məmmədov, Səbuhi Bayramov.

“Şamaxı” ikinci dövrəni heç də pis keçirməmişdi. Yalnız “Qarabağ”a məğlub olan əyalət təmsilçisi digər rəqiblərindən xal almağı bacarmışdı. Amma bu qəhrəmanlığı “Neftçi”ylə oyunda da təkrarlamaq mümkün olmadı. “Bakcell Arena”da keçirilən qarşılaşmada “ağ-qaralar” qələbəyə sevinən tərəf oldu. Özü də üç xalı “ağ-qaralar” “Şamaxı”nın qapısına vurduqları 3 xal sayəsində qazandılar. İsmayıl Zülfüqarlı Emin Mahmudovun ağıllı ötürməsiylə 41-ci dəqiqədə hesabı açdı. Daha bir qolu Fuad Bayramov öz qapısına vurdu. Görüşdə son nöqtəni “Neftçi”nin gənc futbolçusu Ağadadaş Salyanski qoydu. Onun vurduğu qolla “Neftçi” böyükhesablı qələbəni rəsmiləşdirdi.

Qələbə sayəsində xalını 38-ə çatdıran “Neftçi” ilk “üçlüyü” qapayır. 13 xalı olan “Şamaxı” isə 7-ci sıradadır.

“Sumqayıt” – “Sabah” 0:6
Qollar:
Emmanuel Apeh, 3. Coy Lens Mikels, 14. Aleksey Kaşuk, 28. Elvin Camalov, 33. Anatoli Nuriyev, 77. Davit Volkov, 85.

"Sumqayıt": 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 14. Elvin Bədəlov, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 30. Filipe Çabi, 5. Stiven Pereyra, 43. Riçard Qadze.
Ehtiyat oyunçular: 25. İlnur Valiev, 36. Xəyal Fərzullayev, 15. Vüqar Bəybalayev, 24. Elşən Abdullayev, 19. Xəzər Mahmudov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 23. Rifat Nurmuqamet, 9. Almir Aqanspahiç, 7. Terrens Tisdel, 12. Todor Todorski.
Baş məşqçi: Samir Abasov.
"Sabah": 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 4. Elvin Camalov (k), 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh, 19. Con İrasabal, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustəm Samiqullin, 17. Tellur Mütəllimov, 9. Anatoli Nuriyev, 21. İldar Ələkperov, 6. Abdulax Xaybulayev, 5. İdris İnqilablı, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 18. Davit Volkov.
Baş məşqçi: Murad Musayev.

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov.

“Sabah” üçün son turlar xeyli gərgin ab-havada keçirdi. Ölkə kubokunda “Səbail”ə uduzan Masazır komandası tənqidlərə də hədəf olmuşdu. Bu mənada “Sumqayıt”la qarşılaşma “Sabah” üçün dönüş nöqtəsi sayılırdı. Bunu futbolçular da, məşqçilər korpusu da yaxşı başa düşürdü. Elə bu səbəbdən də qonaq komanda “Sumqayıt”la görüşə xeyli ciddi yanaşmışdı. Təsadüfi deyil ki, artıq ilk hissədə “Sumqayıt” qapısından 4 cavabsız top buraxmışdı. İkinci hissədə daha iki dəfə fərqlənən “Sabah” hesabı 6:0-a çatdırıb və 3 xalı bayram etməyi bacardı. 6 qollu qələbə həm də komandanın qış fasiləsinə yaxşı əhval-ruhiyyədə getməsini təmin etdi.

“Sumqayıt” isə fasilə ərəfəsində heç də yaxşı olmayan əhvalını daha da korlamış oldu. İndi Samir Abasovun qarşısında xeyli çətin tapşırıq durur. Çalışdırıcı yararsız futbolçulardan xilas olmalı, onların yerini daha keyfiyyətli futbolçularla doldurmalıdı. Aktivində cəmi 12 xal olan “Sumqayıt” autsayderlər sırasındadı. “Gənclik şəhəri”nin təmsilçisi yalnız daha yaxşı top fərqinə görə “Kəpəz”i qabaqlayır və səkkizinci sıradadır. “Sabah” isə 43 xalla lider “Qarabağ”ın təqibçisi rolundadır.

“Qəbələ” – “Turan Tovuz” 0:0

"Qəbələ": 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 34. Ürfan Abbasov (k), 28. Murad Musayev, 77. Emil Səfərov, 91. Ramon Maçado, 4. Ruan Renato, 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal, 10. Omar Hani.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 27. Məqsəd İsayev, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 33. Hüseyn Mürsəlov, 18. Mehrac Baxşalı, 23. Rafael Utziq, 17. Yaovi Akakpo, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.
"Turan Tovuz": 85. Kamal Bayramov (k), 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 88. Faiq Hacıyev, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 19. Runi Eva.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 77. Cavid Tağıyev, 14. Akif Tağıyev, 60. Səbayıl Bağırov, 39. Sadiq Quliyev, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 21. Abbas Ağazadə, 15. Vüsal Məsimov, 87. Nazim Həsənzadə, 9. İmeda Aşortiya, 11. Ayxan Quseynov.
Baş məşqçi: Ayxan Abbasov.

Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Şirmamed Mamedov, Əli Əliyev.

Qəbələdə keçirilən qarşılaşmada qapılara qol vurulmadı. Bununla da həm “Qəbələ”, həm də “Turan Tovuz” bir xalla kifayətlənməli oldu. Ölkə kubokunun yarımfinalına yüksəlməyi bayram edən komandalar bu xal itkisinə görə çox da üzülmədilər. Qış fasiləsi ərəfəsində çempionatın ortabablarının əsas hədəfi uduzmamaq idi ki, onlar da buna nail oldular.
25 xalı olan “Qəbələ” 5-ci sırada yer alır və liderlər qrupundan xeyli aralı düşüb. Ondan bir pillə geridə olan “Turan Tovuz”un xalı isə 17-ə bərabərdir.

“Səbail” – “Qarabağ” 0:3
Qollar:
Ramil Şeydayev, 61. Musa Qurbanlı, 82. Abdullah Zubir, 88.

"Səbail": 12. Hüseynəli Quliyev, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 17. Rafael Məhərrəmli, 8. Elmir Tağıyev, 55. Nihad Qurbanlı, 27. Emil Martinov, 11. Qoba Zakpa, 5. Petro Stasyuk.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 9. Mirabdulla Abbasov, 77. Ədilxan Qarəhmədov, 22. Samir Abdullayev, 30. Franko Mazurek, 21. Kizito Luvaqa, 23. Qustavo de Fransa.
Baş məşqçi: Mahmud Qurbanov.
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 10. Abdullah Zubir, 8. Marko Yankoviç, 20. Kadi Borqes, 11. Kvabena Ovusu, 6. Julio Romao.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 15. Leandro Andrade.
Baş məşqçi: Qurban Qurbanov.

Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Emin Əliyev.

“Qarabağ” kubokdakı yenilgi ilə azarkeşlərinin kefinə əməlli-başlı soğan doğramışdı. Bu mənada “Səbail”lə görüş tam yerinə düşürdü. Zəif rəqibi məğlub etməklə azarkeşlərin könlünü almaq olardı. “Qarabağ”dan fərqli olaraq, “Səbail” kubokda yoluna davam etməyin sevincini yaşayırdı. Belədə onların uğurun davamını gətirmək, qış fasiləsinə eyforiyanın ağuşunda yollanmaq istəyi də anlaşılan idi. Amma məğlubiyyətdən qaçmaq mümkün olmadı. Səviyyə fərqini ortaya qoyan “Qarabağ” sonda 3:0 hesablı qələbəyə sevindi.

Düzdür, meydan sahibləri ilk yarıda qapılarını toxunulmaz saxlamağı bacardılar. 61-ci dəqiqədə Ramil Şeydayevin hesabı açmasıyla darmadağının əsası qoyuldu. Musa Qurbanlı 82, Abdulla Zubir isə 88-ci dəqiqədə fərqlənməklə “Qarabağ”ın 3:0 hesablı qələbəsini rəsmiləşdirdi.

50 xallı “Qarabağ” inamla turnir cədvəlinə başçılıq edir. “Səbail” isə əks qütbdə qərarlaşıb. 10 xallı Bayıl təmsilçisi elə 10-cu sırada qərarlaşıb.

“Zirə” – “Kəpəz” 2:2
Qollar:
Rəhim Sadıxov, 11. Sərtan Taşkın, 90+8 - Fərid Nəbiyev, 22. Nicat Süleymanov, 41.

Qırmızı vərəqə: Coşqun Diniyev, 18. Nemanya Andelkoviç, 22 - Elçin Əlicanov, 57. Georgi Kantariya, 90+1 (ikinci sarı).

"Zirə": 1. Mehdi Cənnətov, 19. Təmkin Xəlilzadə, 91. Coşqun Diniyev, 10. Rəhim Sadıxov, 32. Qismət Alıyev (k), 21. Hacıağa Hacılı, 9. Loris Broqno, 47. Məhəmməd Hamdaui, 14. Hamidu Keyta, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 15. Ruslan Abışov, 77. Mirsayib Abbasov, 18. Slavik Alxasov, 8. İlkin Muradov, 2. Sertan Taşkın, 11. Rüstəm Əhmədzadə, 13. Ramin Əhmədov, 23. Andriya Lukoviç, 5. Moiz Adileu, 17. Toni Qomes.
Baş məşqçi: Rəşad Sadıqov.
"Kəpəz": 68. Orxan Sadıqlı, 8. Tural Axundov (k), 74. Yusif Nəbiyev, 70. Nicat Süleymanov, 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 19. Abdullahi Şuaybu.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 80. Tural Rzayev, 27. Samir Məhərrəmli, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 66. Arzu Atakişiyev, 24. Mixeil Erqemlidze.
Baş məşqçi: Tərlan Əhmədov.

Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Cəmil Quliyev, Emin Əliyev.

İlin və turun son görüşü Zirədə keçirildi. “Zirə”ylə “Kəpəz”in qarşılaşması xeyli drammatik alındı. Meydan sahibləri Rəhim Sadıxovun erkən qoluyla önə keçsələr də, ardıcıl iki qırmızı vərəqə qəsəbəliləri pis vəziyyətə saldı. Say üstünlüyü qazanan Gəncə təmsilçisi fasiləyə qədər iki top vurmağı bacardı. Amma daha sonra “Kəpəz”in də iki futbolçusu meydandan qovuldu. Sərtan Taşkının 90+8-ci dəqiqədə vurduğu qol yekun hesabı müəyyənləşdirdi və tərəflər 2:2 hesablı heç-heçəylə hərəyə bir xal qazandılar.

“Zirə” ilk dövrədə 28 xal toplamağı bacardı və xallar komandaya 4-cü pillədə qərarlaşmağa imkan verir. Az əvvəl qeyd etdiyimiz kimi, “Kəpəz”in 12 xalı var və gəncəlilər 9-cu sıradadır.

Amal Abuşov

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

18:14

Messi finaldan sonra Yamala nə deyib? - "Bu sözlər boynuma taxdığım qızıl medal qədər dəyərlidir"

Facebookdan bizi izləməyi unutmayın.
X