Avstraliya Tennis Federasiyası Rusiya və Belarusdan olan idmançıların bu il açıq Avstraliya çempionatında iştirak etməsi barədə qərar qəbul edib.
Fanat.Az xəbər verir ki, tennisçilərin ancaq fərdi yarışlarda iştirakına icazə verilib.
Qeyd edək ki, Avstraliya Açıq çempionatı yanvarın 16-dan 29-dək keçiriləcək. Turnirin sonuncu qalibi ispaniyalı Rafael Nadaldır.
O, 2022-ci ildə finalda rusiyalı Daniil Medvedevi məğlub edib.