Azərbaycan yunan-Roma güləşi yığmasının məşqçisi Həsən Əliyev sosial şəbəkə hesabında maraqlı paylaşımla diqqət çəkib.
Fanat.Az xəbər verir ki, sabiq dünya və Avropa çempionu üç milli üzvü ilə birgə fotosunu paylaşaraq "Paris 2024"-ün şəkli" sözlərini yazıb.
Fotoda Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77 kq) yer alıblar.
Məşqçi bununla adıçəkilən idmançıları növbəti Olimpiadaya lisenziya qazanmağa əsas namizədlər kimi təqdim edib.