Cüdo üzrə Azərbaycan yığması Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirində dördüncü yeri tutub.
Fanat.Az xəbər verir ki, milli komanda yarışı bir dəst mükafatla başa vurub. Balabəy Ağayev (60 kq) qızıl, Murad Fətiyev (90 kq) gümüş, Zelim Kotsoyev (100 kq) isə bürünc medal qazanıb.
Bu nəticə ilə ölkəmiz 82 komanda arasında 4-cü olub.
Birinci yeri Fransa (4-3-4), ikinci yeri Niderland (2-0-2), üçüncü yeri isə Gürcüstan (2-0-1) tutub.