Azərbaycan cüdoçuları fevralın 11-12-də Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək açıq Avropa Kubokunda iştirak edəcək.
Fanat.Az xəbər verir ki, yarışda 11 idmançımız çıxçş edəcək. Bunlar Rəşad Yelkiyev, Əhməd Yusifov, Rövşən Əliyev (hamısı 60 kq), Samir Piriyev, Ruslan Paşayev, Kamran Süleymanov (hamısı 66 kq), Telman Vəliyev, Nəriman Mirzəyev, Rəşid Məmmədəliyev (hamısı 73 kq), Məhərrəm İmamverdiyev (81 kq) və Ruslan Nəsirlidir (100 kq).
Qeyd edək ki, Avropa Kubokunda 45 ölkədən 438 cüdoçunun iştirakı gözlənilir.