Fevralın 25-26-da Polşanın paytaxtı Varşavada Açıq Avropa turniri keçiriləcək.
Fanat.Az xəbər verir ki, yarışda Azərbaycanın 6 qadın cüdoçusunun iştirakı planlaşdırılır.
Bunlar Ramilə Əliyeva, Zeynəb Məmmədova, Diana Şoranova, Nərgiz Hacıyeva, Günel Həsənli və Aytəkin Paşazadədir.
Qeyd edək ki, Açıq Avropa turnirində 47 ölkədən ümumilikdə 494 cüdoçunun iştirakı gözlənilir.