01:42 11.02.2023 910

Bu nə \"Neftçi\"di?

Mənə elə gəlir ki, bu gün Qəbələdəki 0:0-dan sonra "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf "ağ-qaralar"ın flaqman adına yaraşmayan oyununu şərh etmək əvəzinə, bir neçə bəhanə gətirdi. 

...Stadiondan izlədiyim matçda idarəçilik kafi idi. Meydanda ümidsiz, ruhsuz "Neftçi" gördüm. "Qəbələ" fırtına qoparmasa da, qol vəziyyətləri daha çox oldu. Ayrıca qeyd edim ki, 3 epizodda "qırmızı-qaralar"ın oyunçularının hesabı açmağa fərdi ustalıq səviyyələri çatmadı. Hələ qarlı dağlar arasındakı duelin lap əvvəllərində Rafael Utziq yersiz hərəkətlərlə özünü gülüş obyektinə çevirmək əvəzinə topu Brkiçin boş qoyduğu qapıya göndərə bilsəydi, bölgə təmsilçisinin "ayağı açılar" və yəqin ki, digər real qol şansları da boşa xərclənməzdi...

Hə, qonaqları bir dəfə də real qoldan dirək xilas etdi. Elə həmin epizodun davamında "mərmi" paytaxt təmsilçisinin digər qapı dirəyinin yanından ötdü... 

Bəs "Neftçi" nə etdi? Hər hissədə 10 dəqiqə üstün futbol sərgiləməyə çalışdı. Deməli, qalan 70 dəqiqədə Elmar Baxşıyevin yetirmələri oyun planında qonaqlardan ya üstün olub, ya da bərabərsəviyyəli mübarizə gedib... 

Komandanın lideri Emin Mahmudov cəmi iki epizodda kapitan olduğunu xatırlatdı. Bəlkə də Səlahət Ağayevin müdaxiləsindən sonra tirə tuş gələn top tora qovuşsaydı, hər şey fərqli olar, heç Eminin potensialından aşağı futbol sərgiləməsi də bu dərəcədə qabarıq sezilməzdi. Ancaq bu oyunda rəqibin qapısı önündə 4-5 ötürməsi ünvanına çatmayan, başqa bir epizodda 5 metrdən topu qapıçının üstünə dığırlayan yarımmüdafiəçi Qəbələdəki matçda komandasına fayda verə bilmədi...

Görüşün hər dəqiqəsini incələmək uzunçuluq olar. Ondansa, Regekampfın mətbuat konfransında dediklərinə qayıdaq:

1. Nəinki "Qarabağ" bu mövsüm "Sabah"dan da aşkar geri qalan "xalq komandası"nın baş məşqçisi öncə hakim idarəçiliyindən gileyləndi. Daha çox tempi öldürməsindən, sonradan VAR-ın köməyi ilə ləğv olunan penalti qərarından şikayətləndi. Daş atıb başını tutudu ki, referi Fərid Hacıyev penalti epizodunu görməyib, tez-tez oyunu saxlayaraq tempi "öldürüb", uzatma dəqiqələrini isə "kəsib".

Rumın həm də matçın ardından referi ilə bu barədə müzakirə aparmaq istədiyini lakin, ədalət təmsilçisinin ona "get, futbol oynamaq lazımdı" söyləyərək rədd cavabı verdiyini bildirdi.

Gülməli ittihamdı. Guya referi tempini tez-tez fit səsləndirərək aşağı saldığı matça 4 yox, 6 dəq əlavə etsəydi, yeməklə doymayan yalamaqla doyacaqdı? 

2. Qazon hündür imiş, bakılılara mane olurmuş. 

"Qəbələ" məgər uzunboğaz çəkmələrlə oynayırdı? Şərtlər hər iki komanda üçün eyni deyildimi?

3. Paytaxt komandasının çalışdırıcısı "Hava pis idi, belə havada yaxşı futbol olmur" fikrini də dilə gətirdi.

 Vallah, billah lap əla da hava idi. Küləksiz dağ havasında, qar dənəcikləri görüntünü əngəlləmədən seyrək şəkildə uçuşur, öt örtüyü isə qışın oğlan çağında sanki "qoynumda futbol oyna" deyirdi. Həmdə "Qəbələ" norka papaqla oynamırdı ki...

Mətbuat konfransında Regekampfa sual vermədim. Çünki belə yoruma ciddi sual düşmürdü. Əvvəlini ciddi gətirsəydi, bunu verəcəkdim:

Bu nə "Neftçi"di ? 

Nihat

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
19:30

Braziliya millisinin "1 nömrə"si "Amerika Kuboku"nu buraxacaq

19:16

"Beşiktaş"ın futbolçusu silahlı hücuma məruz qaldı

18:44

Remsdeyl "Arsenal"ı tərk edəcək, İngiltərəni yox

18:02

AÇ-2024: 38 yaşlı Modriç milliyə çağırıldı

17:43

Azərbaycan çempionatlarında pley-off oyunlarının vaxtı açıqlandı

17:21

Almaniya Bundesliqasının ən yaxşı oyunçusu bilindi

17:03

Azərbaycan millisi Qazaxıstan, Türkiyə və Moldova ilə qarşılaşacaq

16:45

"Mənim hansısa problemim olubsa..." - Salah Kloppdan danışdı

16:27

"Sumqayıt" - "Qəbələ" matçına giriş pulsuz olacaq

16:02

Azərbaycan cüdoçusu dünya çempionatında finala yüksəldi

15:48

"Üzgünəm, səylərimiz kifayət etmədi" - Mikel Arteta

15:30

"Mançester Yunayted"də ten Haqı bu iki məşqçidən biri əvəz edəcək - ADLAR

15:12

"Ançelotti həmişə vaxtımın gələcəyini deyirdi" - Arda Güler

14:55

"Sabah" U-17 liqasının qalibi oldu - VİDEO

14:38

Salibadan unikal nəticə - İPL tariixndə beləsi olmamışdı

14:20

"Sabah" Antalyada çempion oldu

14:03

Sesenyon "Tottenhem"dən ayrılır - Yeni mövsümə harada başlayacaq?

13:40

Klopp "Liverpul"dakı varisini belə açıqladı - VİDEO

13:18

Peşəkar Çövkən Liqasının püşkü atılıb

13:01

"Real"ın ulduzu sıradan çıxdı - ÇL-in finalında oynamayacaq

12:43

"Onlar bizi məğlub etmək istəmirdilər" - Rodri

12:24

Region Liqasının bürünc mükafatçısı II Liqanı arzulayır: "Nəticələrimiz göz qabağındadır"

12:06

"Brayton"dan ayrılan De Dzerbi gələcəyi barədə danışdı

11:49

Foden rekorda imza atdı

11:31

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA 

11:10

"Neftçi" 50-yə çatdı

10:54

Çövkən Liqasında iştirak edəcək 10 komanda bilindi

10:38

27 ilin rekordu

10:19

İngiltərə nəhəngi "Bayer"in futbolçusunu transfer edir - 60 milyona 

09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

Facebookdan bizi izləməyi unutmayın.
X