2-5 martda Bolqarıstanın paytaxtı Sofiyada Dan Kolov - Nikola Petrov güləş turniri keçiriləcək.
Fanat.Az xəbər verir ki, yarışda Azərbaycan güləşçiləri də mübarizə aparacaq.
Millimizin turnirə təxminən 7-8 nəfərlik heyətlə qatılması planlaşdırılır. Heyətdə yer alacaq idmançılar 1-5 fevralda Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən reytinq turnirində iştirak etməyən pəhləvanlar olacaq.