3-5 martda Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə "Böyük Dəbilqə" turniri keçiriləcək.
Fanat.Az xəbər verir ki, yarışda Azərbaycanın 6 cüdoçusu iştirak edəcək. Onların hamısı yığmanın ehtiyat heyət üzvləridir:
Rövşən Əliyev, Əhməd Yusifov (hər ikisi 60 kq), Kamran Süleymanov, Ruslan Paşayev (66 kq), Nəriman Mirzəyev və Rəşid Məmmədəliyevdir (hər ikisi 73 kq).
Qeyd edək ki, "Böyük Dəbilqə"də 40-dan çox ölkədən idmançıların iştirakı planlaşdırılır.