Varşavada (Polşa) keçirilən Açıq Avropa turnirinin ikinci - sonuncu günündə Azərbaycanın daha iki qadın cüdoçusu çıxış edəcək.
Fanat.Az xəbər verir ki, Günel Həsənli (78 kq) Cennifer Çerlau (Macarıstan) ilə görüşəcək.
Aytəkin Paşazadə (78 kq) isə polşalı Aleksandra Tureklə mübarizə aparacaq.
Qeyd edək ki, turnirin ilk günündə mübarizə aparan 4 qadın cüdoçumuzdan heç biri medal qazana bilməyib.