Martın 11-12-də İtaliyanın paytaxtı Romada cüdo üzrə açıq Avropa Kuboku yarışı keçiriləcək.
Fanat.Az xəbər verir ki, turnirdə ölkəmizi 12 cüdoçu təmsil edəcək. Bunlar Rəşad Yelkiyev, Kənan İsmayılov (hər ikisi 60 kq), İsmayıl İbrahimov, Tofiq Əliyev (hər ikisi 66 kq), Telman Vəliyev, İbrahim Əliyev, Zaməddin Poladov (hər üçü 73 kq), Məhərrəm İmamverdiyev (81 kq), İbrahim Ağakişiyev (90 kq), Adil Kərimli, Ruslan Nəsirli və Aslan Mirzəyevdir (hər üçü 100 kq).
Qeyd edək ki, turnirdə 37 ölkədən 427 cüdoçu mübarizə aparacaq