Qadın güləşi üzrə Azərbaycan yığması (U-23) Buxarestdə (Rumıniya) keçirilən Avropa çempionatında 5-ci yeri tutub.
Fanat.Az xəbər verir ki, milli biri gümüş, ikisi bürünc olmaqla 3 mükafat qazanaraq ümumilikdə 78 xal toplayıb.
Birinci yeri Ukrayna komandası (158 xal), ikinci yeri Türkiyə (129), üçüncü yeri isə Rumıniya (123) komandaları tutub.
Qeyd edək ki, Birgül Soltanova (65 kq) gümüş, Elnurə Məmmədova (55 kq) və Jalə Əliyeva (57 kq) isə bürünc medal qazanıb.