Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Avropa reytinqinə liderlik edir.
Fanat.Az xəbər verir ki, o, dünya reytinq cədvəlində yalnız Yanq Yunq-Vey-dən (Tayvan) geri qalaraq ikinci pillədə qərarlaşıb.
25 yaşlı idmançı öz çəki dərəcəsində qitənin birincisidir.