Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan komandasının iştirakı ilə cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir.
Fanat.Az xəbər verir ki, turnirin ikinci günündə dörd idmançımız tatami üzərinə çıxacaq.
Rəşid Məmmədəliyev (73 kq) Mixeili Baxbaxaşvili (Gürcüstan) ilə görüşəcək. Nəriman Mirzəyev (73 kq) Eduardo Mella (İtaliya) ilə münasibətləri aydınlaşdıracaq.
Rüstəm Orucov (81 kq) gürcüstanlı Zaur Dvalaşvili ilə, eyni çəkidəki Elcan Hacıyev Anri Equtidze (Portuqaliya) ilə qarşılaşacaq.
Qeyd edək ki, turnirin ilk günündən sonra Azərbaycan komandasının hesabında iki mükafat var. Turan Bayramov (60 kq) qızıl, Gültac Məmmədəliyeva (52 kq) isə bürünc medal qazanıb.