Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan komandasının iştirakı ilə cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir.
Fanat.Az xəbər verir ki, turnirin ikinci günündə dörd idmançımız tatami üzərinə çıxıb.
Rəşid Məmmədəliyev (73 kq) Mixeili Baxbaxaşvili (Gürcüstan) və Nase Gerkoviçə (Sloveniya) qalib gəlsə də, 1/8 finalda Salvador Kasos Rokaya (İspaniya) məğlub olub.
Nəriman Mirzəyev (73 kq) Eduardo Mella (İtaliya) və Giorgi Teraşviliyə (Gürcüstan) qalib gələrək, 1/8 finala adlayıb. Lakin bu mərhələdə Ferdinand Karapetyana (Ermənistan) uduzub.
Rüstəm Orucov (81 kq) startda gürcüstanlı Zaur Dvalaşviliyə uduzub.
Elcan Hacıyev (81 kq) Anri Equtidzeni (Portuqaliya) yensə də, daha sonra Arnaud Areqbaya (Fransa) məğlub olaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, Azərbaycan komandasının hesabında iki mükafat var. Turan Bayramov (60 kq) qızıl, Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıb.