09:45 03.04.2023 608

“Sabah” və “Kəpəz” üçün ikiqat bayram - Tura baxış

Azərbaycan Premyer Liqasının 28-ci turunun oyunları gərgin, eyni zamanda da baxımlı oyunlarla yadda qaldı.

Beş oyunun ikisində geridönüş qeydə alındı ki, bunu bacaran komandaların əzmkarlığını qeyd etmək lazımdır. “Sumqayıt” Tovuzda ikinsi hissədə əzmkarlıq nümayiş etdirdisə, “Sabah” Masazırda bu qəhrəmanlığı təkrarladı. “Kəpəz”in “Səbail”i məğlub etməsi də turun diqqətçəkən nəticələrindəndir. Murad Musayevin çalışdırdığı “Sabah” avrokuboklara vəsiqəni təmin etdisə, Tərlan Əhmədovun çalışdırdığı “Kəpəz” elitada yerini qorumaq yolunda əhəmiyyətli addım atdı.

“Turan Tovuz” – “Sumqayıt” 2:3 
Qollar:
Natan Oduva, 7, Runi Eva, 33 - Kamran Əliyev, 11, 68. Dieqo Karioka, 58-pen.

"Turan Tovuz": 85. Kamal Bayramov (k), 4. Şəhriyar Əliyev, 39. Sadiq Quliyev, 33. Eltun Turabov, 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiçi, 19. Runi Eva, 9. Belajdi Pusi
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 7. Ehtiram Şahverdiyev, 6. Turan Vəlizadə, 88. Faiq Hacıyev, 15. Vüsal Məsimov, 23. Okebuqvu Henri, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov

"Sumqayıt": 25. İlnur Valiev, 3. Vurğun Hüseynov (k), 6. Vüqar Mustafayev, 10. Vüsal İsgəndərli, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 22. Dieqo Karioka, 23. Kamran Aliev, 12. Todor Todoroski, 71. Masaki Murata
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 32. Murad Ağamalıyev, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 9. Karim Abubakar, 37. Alya Ture
Baş məşqçi: Samir Abasov

Yeni sponsorun gəlişi “Turan Tovuz”u xeyli həvəsləndirmişdi. Qərb təmsilçisi doğma meydanda “Kəpəz”i, səfərdə isə “Sabah”ı məğlub etməklə azarkeşlərini xeyli ümidləndirmişdi. Amma davamını gətirmək heç də asan olmadı. “Turan Tovuz” doğma meydanda heç də güclü olmayan “Sumqayıt”a məğlub olmaqla qeyri-sabit qrafik cizməyə davam etdi. Maraqlıdır ki, görüşdə hesabı elə meydan sahibləri açmışdı. Kamran Əliyev hesabı bərabərləşdirsə də, Runi Evanın qolu “Turan Tovuz”un fasiləyə üstün yollanmasını təmin etmişdi. Amma bu üstünlük ikinci hissədə nəinki əldən verildi, qonaq komanda qələbə topunu vurmağı da bacardı. 

Tovuzdan 3:2 hesablı qələbəylə dönən “Sumqayıt” sonuncu pillədən uzaqlaşmaqla rahat nəfəs almağı da bacardı. “Gənclik şəhəri”nin təmsilçisi indi 24 xalla 8-ci pillədə yer alır. 28 xallı “Turan Tovuz” isə çoxdan “özəlləşdirdiyi” 6-cı sıradadır.

“Kəpəz” - “Səbail” 1:0
Qol:
Abdullahi Şuaybu, 69.

“Kəpəz”: 68. Orxan Sadıqlı 74. Yusif Nəbiyev (k) 14. Elçin Əlicanov 77. Fərid Nəbiyev 3. Abdulla Rzayev 40. Ahmed Ayzaya 9. Mate Kvirkviya 78. Yeqor Xvalko 7. Giorgi Kantariya 21. Martins Junior 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 71. Mario Mustapiç 25. Elgün Bayramov 8. Tural Axundov 80. Tural Rzayev 70. Nicat Süleymanov 5. İdris İnqilablı 27. Samir Məhərrəmli 91. Nizami Səmədov 97. Nicat Məmmədov 20. Mahir Həsənov 44. Nihat Fərəci 10. Salif Sisse
Baş məşqçi: Tərlan Əhmədov
“Səbail”: 1. Emil Balayev 10. Ağabala Ramazanov (k) 2. Adil Nağıyev 3. Turan Manafov 11. Qoba Zakpa 99. David Qomis 30. Franko Mazurek 88. Matiya Lyuyiç 5. Petro Stasyuk 23. Qustavo de Fransa 4. Maksim Çex
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev 14. Rahid Əmirquliyev 96. İlkin Muradov 15. Vüqar Həsənov 7. Ruslan Hacıyev 17. Rafael Məhərrəmli 8. Elmir Tağıyev 55. Nihad Qurbanlı 22. Samir Abdullayev 27. Emil Martinov 21. Kizito Luvaqa
Baş məşqçi: Şahin Diniyev
 
Şahin Diniyev uzun fasilədən sonra döndüyü Gəncədən məğlub qayıtdı. “6 xallıq oyun”da sevinən tərəf “Kəpəz” oldu. Bu qələbə “Kəpəz”ə hava-su kimi lazım idi. Gəncəlilər yararsız qazonun üzərində “Səbail”i məğlub etməyi bacardılar. Şuaybu “Kəpəz”ə həyat verən qolan 69-cu dəqiqədə imza atdı. “Səbail” bu qola cavab verməyi bacarmayınca sonuncu pillədəki yerini bir az “möhkəmləndirdi”. 

Artıq “Kəpəz” “Səbail”dən 7 xal uzaqlaşıb ki, bu fərqin qalan turlarda “əriyəcəyi” heç də inandırıcı görünmür. Bu uğurda Tərlan Əhmədovun əməyi də danılmazdır. Möcüzə baş verməsə, “Kəpəz” elitadakı yerini qoruya biləcək. “Kəpəz”in aktivində 25 xal və komanda 7-ci sırada qərarlaşıb. “Səbail” isə 18 xalla sonuncudur.

“Zirə” - “Neftçi” 1:1
Qollar:
Keyni Sayef, 70-öz qapısına - Kilan Lebon, 12.

“Zirə”: 41. Anar Nəzirov 10. Rəhim Sadıxov 32. Qismət Alıyev (k) 21. Hacıağa Hacılı 11. Rüstəm Əhmədzadə 96. Donald Gerye 47. Mohamed Hamdaui 14. Hamidu Keyta 44. Dmitrios Çantakias 26. Nemanya Andelkoviç 6. Eldar Quliyev
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 22. Nail Alışov 15. Ruslan Abışov 18. Slavik Alxasov 2. Sertan Taşkın 9. Loris Broqno 19. Vladislav Kulaç 23. Andriya Lukoviç 5. Moiz Adileu 28. Abbas İbrahim 17. Toni Qomes 7. Filipe Paxtman
Baş məşqçi: Rəşad Sadıqov
“Neftçi”: 1. İvan Brkiç 8. Emin Mahmudov (k) 3. Höccət Haqverdi 19. Azər Salahlı 7. Azər Əliyev 6. Voyislav Stankoviç 10. Sezar Meza Kolli 4. Solomon Kverkveliya 5. Kenni Sayef 22. Kilan Lebon 9. Mateus Saldanya
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov 93. Rza Cəfərov 17. Rəhman Hacıyev 26. Ömər Buludov 2. Mert Çelik 21. İsmayıl Zülfüqarlı 20. Vüsal Əsgərov 27. Fərid Yusifli 37. Elton Əlibəyli 41. Samir Həsənov 18. Vato Arveladze 77. Yeqor Boqomolski
Baş məşqçi: Laurentsiu Regekampf

Zirədə qeydə alınan bərabərlik hər iki tərəfin ürəyincə oldu. Düzdür, qələbədən və 3 xaldan heç kim imtina etməzdi. Amma bu cür oyunların xarakteri elədir ki, tərəflər daha çox uduzmamağa çalışır. Bu baxımdan 1:1 hesablı heç-heçə həm “Zirə”nin, həm də “Neftçi”nin işinə yaradı. Özü də hər iki qol baxımlı alındı.

Oyunu izləyənlər də razılaşar ki, nə “Zirə”, nə də “Neftçi” qələbə üçün bütün riskləri gözə alıb, irəli atılmadı, ehtiyatlı oynamağa çalışdı. “Netçi” üçüncü pillədə yer alıb. Topladığı 57 xal sayəsində “ağ-qaralar” onu izləyən rəqiblər üçün əlçatmaz görünür. Bu pillə də “Neftçi”yə UEFA Konfrans Liqasına qatılmağa kifayət edir. 38 xalla 4-cü pillədə qərarlaşan “Zirə” də Avropaya getmək ümidlərini itirməyib.

“Şamaxı” – “Qarabağ” 0:1
Qol:
Elvin Cəfərquliyev, 33

"Şamaxı": 1. Rəşad Əzizli (k), 9. Amil Yunanov, 15. Emin Zamanov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 22. Elçin Mustafayev, 83. Nihad Quliyev, 18. Cəlal Hüseynov, 80. Zahid Mərdanov
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 90. Əli Səmədov, 7. Asim Əlizadə, 4. Arsen Ağcabəyov, 21. Qurban Səfərov, 97. Tapdıq Əhmədov, 23. Rövşən Şahmuradov, 29. Ramin Əhmədov, 24. Edqar Adilxanov
Baş məşqçi: Vüqar Əsgərli
"Qarabağ": 23. Luka Quqeşaşvili, 2. Qara Qarayev (k), 4. Rahil Məmmədov, 44. Elvin Cəfərquliye 9. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 81. Kevin Medina, 87. Adama Diakabi, 6. Julio Romao, 15. Leandro Andrade
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 19. Filip Ozobiç, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 8. Marko Yankoviç, 99. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov

Milli komandaların oyunlarından sonra “Qarabağ”ın çətinlik çəkməsinə adət etmişik. Bu dəfə həmin çətinliklərin üzərinə Şamaxı səfərinin özünəməxsus incəlikləri də əlavə olunmuşdu. Soyuq havada süni örtük üzərində oynayan “Qarabağ”a qələbə qazandıran qola Elvin Cəfərquliyev imza atdı. 33-cü dəqiqədə vurulan bu qol oyunda yeganə oldu. Meydan sahibləri bir neçə dəfə cavab qolu vurmağa yaxın olsalar da, bunu reallaşdırmaq mümkün olmadı. “Qarabağ” azarkeşlərini ikinci dəfə sevindirən Rahil Məmmədovun vurduğu qol isə Medinanın oyundan kənar vəziyyətdə olmasına görə qeydə alınmadı.

Turnir cədvəlinin lideri “Qarabağ” yoluna məğlubiyyətsiz irəliləyir. 74 xallı “Qarabağ” ən yaxın izləyicisini 9 xal qabaqlayır. Bu isə o deməkdir ki, “köhlən atlar” tezliklə növbəti çempionluğu bayram edə bilərlər. “Şamaxı” isə 20 xalla 9-cu sıradadır. Onları qarşıda “Səbail”lə gərgin mübarizə gözləyir.

“Sabah” – “Qəbələ” 3:2
Qollar:
İlkin Qırtımov, 9-öz qapısına. Coy Lens Mikels, 86. Aleksey Kaşuk, 90+5 – Ülvi İsgəndərov, 21. Feras Abu Akal, 27.

"Sabah": 12. Yusif İmanov, 4. Elvin Camalov (k), 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 15. Kristian da Silva, 7. Boyan Letiç, 20. Coy Lens Mikels, 3. Zurab Oçiqava, 18. Davit Volkov, 19. Con İrasabal, 8. Aleksey Kaşuk
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rustam Samigullin, 14. Bəxtiyar Həsənalızadə, 77. Namik Ələskərov, 9. Anatoli Nuriyev, 21. İldar Alekperov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 13. Abdulaye Ba, 99. Emmanuel Apeh
Baş məşqçi: Murad Musayev
"Qəbələ": 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 91. Ramon Maçado, 4. Ruan Renato (k), 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal, 9. Əyyub Allaş
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 34. Urfan Abbasov, 28. Murad Musayev, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 16. Nicat Əliyev, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak
Baş məşqçi: Elmar Baxşıyev

Azarkeşlər Masazırda əsl “döyüş” izlədilər. “Qəbələ” İlkin Qırtımovun ayağına yazılan qolla hesabda geri düşsələr də, fasiləyə qədər vəziyyəti öz xeyirlərinə dəyişə bildilər. “Sabah”ın bu mövsüm elə də əzmkarlıq göstərmədiyini düşünəndə “qırmızı-qaralar”ın qələbə şansı bundan sonra yüksək qiymətləndirilirdi. Amma bu dəfə ssenari fərqli oldu. 86-cı dəqiqədə hesabı bərabərləşdirən meydan sahibləri əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə qələbə topunu vurmağı bacardılar. 3:2 hesablı qələbəyə sevinən “Sabah” avrokuboklara vəsiqəni də təmin etdi. Yeri gəlmişkən, bu uğur komandanın tarixində bir ilkdir.

“Sabah” xalını 65-ə yüksəltdi və 2-ci pillədə bir qədər də möhkəmləndi. 5-ci sıradakı “Qəbələ”nin isə 36 xalı var.

Amal Abuşov

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
14:57

“Neftçi” Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:23

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

09:00

"Sabah" qələbə qazandı, Azərbaycanın mövqeyi... - UEFA reytinqi

02:01

ÇL: "Fənərbağça"dan İstanbulda çətin qələbə

01:40

KL: "Dyor" səfərdə "coşdu"

21 İyul 2026
23:49

Pep Qvardiola İtaliya millisinin "sükanı arxası"na keçə bilər

23:11

"Arsenal" Qabriel Jesusun qiymətini 20 milyon funta endirdi

22:41

Valdas Dambrauskas "KuPS"la matçdan sonra belə danışdı

22:18

"Qalatasaray" Kristian Pulisiç ilə maraqlanır

21:57

ÇL: "Sabah" Finlandiya çempionunu "əliboş" yola saldı

21:16

Arda Gülər "Real Madrid"də start heyət uğrunda böyük savaşa girir

20:46

"Əl-Hilal" Bastoni üçün 70 milyon təklif edir

20:17

Məhəmməd Salahın meneceri "Beşiktaş" üçün İstanbula gəlir

19:42

"Qalatasaray"dan Musiala həmləsi: İcarə təklif edilib

19:12

Rodri "Real Madrid"ə keçməyə hazırdır

18:46

"Qalatasaray" Bruno Fernandes üçün 35 milyonluq təklif hazırlayır

18:30

Fransa millisinin yeni baş məşqçisi müəyyənləşib

18:14

Messi finaldan sonra Yamala nə deyib? - "Bu sözlər boynuma taxdığım qızıl medal qədər dəyərlidir"

17:56

"Zirə" növbəti transerini açıqladı - RƏSMİ

17:38

“Liv Bona Dea Arena”da ot örtüyü yenilənir - FOTOLAR

17:20

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

17:02

Argentinalı qolkiper millidən ayrılacağına işarə etdi - "Bu ağrını izah etmək çətindir"

Facebookdan bizi izləməyi unutmayın.
X