09:24 27.04.2023 608

Avropa çempionlarımız bir-birinə rəqib olacaq - MÜSAHİBƏ

Yunan-Roma güləşi üzrə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının qalibi Ülvi Qənizadənin Fanat.Az-a müsahibəsi

- Ülvi, nəhayət, səndən çoxdandır gözlənilən birinciliyi qazandın. Çempionluq barədə təəssüratlarını öyrənək.

- Avropa çempionatı mənim üçün çox çətin yarış oldu. Amma yarışdan öncə sadəcə bir məqsədim var idi ki, o da çempionluq idi. İlk görüşdəncə güclü idmançı ilə düşmüşdüm. Ümumilikdə dörd rəqibin hamısı ayrılıqda güclü idmançı idi. Aralarında xüsusilə yarımfinalda qarşılaşdığım türkiyəli güləşçini qeyd edərdim.

- Fransalı "klassik"lə final görüşün çox həyəcanlı alındı. 7:0 önə keçdiyin qarşılaşmada sonradan təşəbbüsü əldən verməyinin səbəbi nə idi?

- Sözün düzü, arxayınlıq yarandı. Üstəlik, sonrakı gün güləşmək bir qədər çətin olur. Onunla finalda deyil, ilk mərhələlərdə qarşılaşsaydım, rahatlıqla keçərdim. 

- Amma fransalı rəqib də finaladək bir neçə iddialı idmançını sıradan çıxarmışdı. Məsələn, sənin dünya çempionatının finalında uduzduğun İran əsilli Serbiya təmsilçisini...

- Həmin iranlı bu dəfə tam fərqli formada idi. Keçən il qıraqdan baxanlar da gördü ki, onun xeyli artıq çəkisi var idi. Bu dəfə isə elə deyildi. Hətta o dərəcədə ki, mən onu tanımadım. Elə dəyişmişdi.

- Az öncə vurğuladığım kimi, bu birincilik səndən artıq neçə vaxt idi gözlənilirdi. Xüsusilə yığmanın məşqçisi Həsən Əliyev hər zaman səni qızıl medala əsas namizədlərdən biri kimi qələmə verib. Qarşıda isə dünya çempionatı var. İli "qızıl dubl"la başa vurmaq haqda düşünürsənmi?

- Yunan-Romada Avropa qitəsi daha güclü olduğundan, bu yarışın qalibi dünya çempionatında da birinciliyə əsas namizəd olur. Əlimdən gələnin ən yaxşısını edəcəyəm ki, Serbiyadan da qızıl medal gətirim. İli dünya və Avropa çempionu kimi başa vurmağı çox istəyirəm. 

- Ülvi, Azərbaycan yunan-Roma güləşinin son illərdə yetişdirdiyi ən istedadlı idmançılardan birisən. Belədə hazırda qeyri-olimpiya çəkisində çıxış etsən də, həm də ölkənin Olimpiya ümidi sayılırsan. Odur ki, Paris-2024 barədə düşüncələrini bilmək maraqlı olar.

- Hələlik dünya çempionatı barədə düşünürəm. Orada məqsədimə çatdıqdan sonra əlbəttə ki, artıq Olimpiya Oyunları barədə düşünməyə başlayacağam.

- Sənin üçün 67, yoxsa 77 kiloqram daha məqsədəuyğundur?

- 67 kiloqram.

- Belədə səni ölkənin digər ümidverici gənci, Avropa çempionu Həsrət Cəfərovla böyük rəqabət gözləyir. Başqa sözlə, iki parlaq addan birini itirməli olacağıq.

- Həsrət çox yaxşı güləşçidir. Həm də xətrini çox istədiyim komanda yoldaşlarımdandır. Kim haqq edəcəksə, o da gedəcək, inşallah. Güclü olan qazansın. 

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 May 2024
16:24

İkiqat dünya çempionunun heyətinə həvəskar futbolçu çağırıldı

16:05

"Heç-heçələr bizi xoşbəxt edə bilməz, amma..." - Daniele De Rossi

15:48

Əfsanəvi argentinalı dünyasını dəyişdi

15:30

Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq

15:14

"Karyeramı "Araz-Naxçıvan"da bitirmək istəyirəm"

14:55

"Vest Hem"i ispan mütəxəssis çalışdıracaq

14:26

Useyn Bolt Mbappeni yarışmağa dəvət etdi - Fransız futbolçunun cavabı nə oldu?

14:07

Juninyo gedir, yoxsa qalır? - TƏFSİLAT

13:49

Millinin oyunlarının vaxtı bilindi

13:32

"Səbail" "Qəbələ" ilə oyuna neçə itki ilə çıxacaq? - AÇIQLAMA

13:14

London nəhəngi keçmiş qapıçısını geri qaytarır

12:55

Abdullah Zubir qərarını verib, amma... - SON DURUM

12:36

Kapitanlardan final öncəsi iddialı danışdılar

12:18

Roke "Barselona"dan gedə bilər - AÇIQLAMA

12:00

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:41

"Neftçi" son dəfə 10 il öncə bu vəziyyətə düşmüşdü

11:22

"Sumqayıt" öz rekordunu təkrarladı

11:04

AKAF “Bakı marafonu 2024”-də iştirak edib

10:48

"Qarabağ"dan tarixi rekord

10:30

Erik ten Haq dilemma qarşısında - MY-də zədələnməyən müdafiəçi qalmadı

10:12

Minifutbol: Finalçılar müəyyənləşdi

09:49

Azərbaycanlı futbolçuların heç biri 90 dəqiqə oynamadı

09:25

Zidan "Bayern" söhbətinə nöqtə qoydu: "Onların "Real"la oyununu izləyəcəm"

09:00

MPL: "Səbail" autsayderə qarşı - YENİLƏNİR

02:04

"Sevilya" 3 xalı 3 qolla qazandı

01:40

On komandadan yalnız biri 3 xala sevindi

01:01

İPL: "Arsenal" da darmadağınla qazandı, "Mançester Siti" də

00:20

"Bayer" 48-ə darmadağınla çatdı

05 May 2024
23:50

"Qalatasaray" darmadağınla liderliyini möhkəmləndirdi

22:35

"Barselona" Levandovskiyə əvəzləyici tapdı

22:10

"Sabah" bəxt sayəsində qalib gəldi" - Elmar Baxşıyev 

21:40

Renduliçdən qələbə şərhi: "Hələ heç nə bitməyib"

20:58

MPL: "Zirə" "Turan Tovuz"a, Sabah" "Araz-Naxçıvan"a qalib gəldi 

20:15

İtaliyalı ulduz "Qalatasaray"a dönür

19:40

Almaniyada oynayan futbolçu Almaniyaya gedə bilməyəcək

19:30

"90 dəqiqə rəqibdən üstün oynadıq" - Ayxan Abbasov

18:54

Rəşad Sadıqov Tovuzdakı  qələbəni belə şərh etdi

17:40

Avropa Kuboku: Azərbaycan millisi növbəti medalı qazandı

17:00

"Karyeramla bağlı müəyyən planlarım var" - Qazaxıstan klubundan ayrılan milli üzvü

16:20

İngiltərə nəhəngi türkiyəli ulduzla anlaşdı - SON DURUM 

Facebookdan bizi izləməyi unutmayın.
X