14:11 29.04.2023 1436

"Dünya çempionatına 13 idmançı gedirsə, 13 də medal mümkündür" - MÜSAHİBƏ

Azərbaycan Cüdo Federasiyasının baş katibi Rəşad Rəsullunun Fanat.Az-a müsahibəsi

- Rəşad bəy, yığma komandanın 7-14 mayda Qətərin paytaxtı Dohada keçiriləcək dünya çempionatına hazırlığı barədə məlumat verərsiniz. 

- Yığma bu ilin əvvəlində Avstriyada, ardınca Fransada, Yaponiyada, Çexiyada, Macarıstanda və Türkiyədə təlim-məşq toplanışları keçib. Ümumilikdə komandanın mundialda uğurlu çıxışı üçün lazım olan hər bir şey edilib. Qalır istənilən nəticəni göstərmək.

- Qarşıya qoyulan hədəf nədir?

- Ötən dünya çempionatı öncəsi "11 idmançı varsa, 11 medal da mümkündür" demişdim. Baxmayaraq ki, bu fikrim doğru anlaşılmadı, bu dəfə dünya çempionatına 13 idmançımız gedirsə, 13 də medal mümkündür deyə bilərəm. Təbii ki, kişilərin şansı daha yüksəkdir. Heyətdəki 9 idmançının hər biri bu il "Dünya Turu" seriyasından olan turnirlərdə nəticə verib. 

- Konkret olaraq bu dünya çempionatından qızıl medal gözləməyə dəyərmi? O "qızıl" ki, biz sadəcə bir dəfə, o da 10 il əvvəl qazanmışıq...

- Qızıl medal bizim üçün hər zaman başlıca hədəfdir. Təbii ki, bu dəfə də istisna deyil. Yığmada bunu bacaracaq idmançılar var. 

- Ad çəkə bilərsiniz?

- Konkret ad çəkmək istəmirəm. Daha potensiallı idmançılarımızı onsuz da cüdosevərlər yaxşı tanıyır. 

- Dünya cüdosunun canlı əfsanəsi, ikiqat olimpiya çempionu olan yaponiyalı Şohey Ononun karyerasını bitirməsi Hidayət Heydərovun zirvəyə doğru işini nə dərəcədə asanlaşdırır?

- Ono yoxdur, əvəzində onun həmyerlisi Soiçi Haşimoto, italiyalı Manuel Lombardo və digər iddialı idmançılar var. Bildiyiniz kimi, 73 kiloqram kifayət qədər rəqabətli çəki dərəcəsidir. Hidayət Lombardoya ardıcıl iki görüşdə uduzub. İtaliya cüdoçuları belə demək mümkünsə, "çoxbilmiş" güləşirlər. Ona görə onlarla mübarizə aparmaq asan olmur. Amma artıq məşqçilərimiz onun da üzərində işləyiblər. Bu dəfə qarşılaşsalar, fərqli nəticəyə ümid edirik. 

- Qadınlar ötənilki mundiala nisbətdə iki dəfə daha geniş tərkiblə qatılacaq. Onların hansına daha çox ümid etmək olar?

- Yenə də fərqləndirmək istəmirəm. Heyətdəki iki cüdoçumuz kifayət qədər gəncdir. Hesab edirəm ki, bir qədər də püşkdə bəxtləri gətirsə, hər birinin müəyyən mərhələyədək irəliləmək şansı var. 

- Yığmanın kapitanı Rüstəm Orucov uzun dönəmdən sonra ilk dəfə dünya çempionatına qatılmayacaq. 81 kiloqramda uğur qazanmaqda çətinlik çəkən təcrübəli idmançının karyerasının gələcəyi barədə fikriniz nədir? Onun yenidən 73 kiloqrama qayıtması mümkündürmü?

- Sözün düzü, bütün diqqət hələlik dünya çempionatına yönəlib. Mundialdan sonra bu mövzuya dönmək olar.

- Dünya və Avropa çempionatlarının mükafatçısı Kəramət Hüseynovun son vaxtlar uğursuz çıxışı nə ilə bağlıdır?

- Kəramət hazırlığına kifayət qədər ciddi yanaşır. Amma təəssüf ki, son yarış meydanlarında gücünü ortaya qoya bilməyib. Düzü, onun çəkisi artıq olur. Məşqçilər qərara gəlib ki, Kəraməti qarşıda 66 kiloqramda sınasınlar. Bir neçə gün əvvəl keçirilən ACF turnirində 66 kiloda mübarizə apardı, orada finala kimi gəldi. Düşünürük ki, Kəramət 66 kiloda sözünü deyə bilər. 

- Olimpiadaya artıq bir ildən bir qədər artıq zaman qalıb. Ötən Olimpiya Oyunlarındakı rekord lisenziyanın təkrarlanması və ya yenilənməsi mümkündür?

- Kişilərdə hədəfimiz maksimum lisenziyadır. Qadınlarda isə minimum iki lisenziya. Ehtimal yüksək olmasa da, bu, daha çox ola bilər. Belədə rekordun yenilənməsi mümkün olar.

- Mayın 6-7-də Göygöldə ilk dəfə yeniyetmələr arasında Avropa Kuboku yarışı keçiriləcək. Bu yarış barədə məlumat verərsiniz.

- Qeyd etdiyiniz kimi, yeniyetmələrin Avropa Kuboku turniri ölkəmizdə ilk dəfə keçiriləcək. Yarışa 19 ölkədən 300-dək cüdoçunun qatılması gözlənilir. Federasiya olaraq aşağı yaş qruplarına xüsusi diqqət yetiririk. Hesab edirəm ki, belə yarışların ölkəmizdə təşkili yeniyetmələr üçün əlavə stimuldur. Bu günün yeniyetmələri növbəti Olimpiya Oyunlarında bizi təmsil edə bilərlər.

Sahib Əsədbəyli

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyun 2026
12:48

Azərbaycan millisi Çexiya və Latviya ilə matçlarda necə oynayıb? - STATİSTİKA

12:30

Həftəiçi oyunları bu kanallarda - AFİŞA

11:55

"Fasilədə futbolçulara dedim ki, qətiyyətiniz yoxdursa, ikinci hissədə meydana çıxmayın"

11:37

Elvin Cəfərquliyev "Qarabağ"a döndü, Azərbaycanı tərk etdi - VİDEO

11:16

AFFA rəsmisi Avropa çempionatının finalına təyinat aldı

10:52

Marselo Byelsa Kabo Verde yığması ilə heç-heçə etdikləri oyundan nə danışdı?

10:30

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:09

Belçika millisinin baş məşqçisi İranı məğlub edə bilməmələrinin səbəbini açıqladı

09:48

DÇ-2026: Dünya çempionu növbəti matçına çıxır

09:25

Misirdən tarixi nəticə: "Fironlar" bunu 100 ildən çoxdur arzulayırdı

09:00

Niderland nəhəngi ispaniyalı məşqçisini qovdu

08:00

DÇ-2026: Misirdən əzmkar qələbə, Uruqvay debütantla bacarmadı

02:51

Yamal ərəblərə elə bir cavab verdi ki...

02:22

Əlirza Belçika ilə oyunun ən yaxşısı seçildi

01:52

"Qalatasaray"ın ulduzu "Neftçi"yə keçir?

01:02

DÇ-2026: İspaniya darmadağına sevindi, Belçika - İran matçında quru "sülh"

21 İyun 2026
23:37

İspaniya - Səudiyyə Ərəbistanı matçının ən yaxşısı bilindi

22:41

"Liverpul"dan "Barselona"ya transfer zərbəsi

22:13

İngiltərədə 40 milyonluq qapıçı yarışı

21:51

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəni başa vurub

21:19

"Qarabağ" Martin Zlomisliçi transfer edib

20:53

"Liverpul"dan 100 milyonluq transfer planı

20:20

"Çelsi"dən gözlənilməz qərar

19:27

"Nyukasl"ın sabiq sahibləri geri qayıdır

18:51

London təmsilçisinin 80 milyonluq təklifi rədd edildi

18:28

"Real" və "Liverpul" hərəkətə keçdi, Münhen nəhəngi masaya oturdu

17:24

Ekvador yığmasının baş məşqçisi Almaniya ilə görüşdə şanslarının gətirəcəyinə inanır

16:55

"Real Madrid" Valverdeni yox, bu iki futbolçusunu satır

16:14

DÇ-2026: İspaniya və Belçika millilərinin ikinci sınağı

15:53

"Qarabağ" Bədavi ilə müqavilə yenilədi

15:11

"Sabah" oyunçusu ilə vidalaşdı

14:52

"Bu heç-heçə bizim üçün qələbə qədər qiymətlidir" - Dik Advokat

14:15

Yaponiya millisinin baş məşqçisi darmadağından sonra belə danışdı

13:41

Azərbaycan boksçusu Dünya Kubokunda rəqib tanımadı

13:23

"Belə böyük ölkədən daha ədalətli oyun gözləyirdim" - Fil Dişi Sahili millisinin baş məşqçisi

12:37

Dubl etdi, oyunun ən yaxşı futbolçusu oldu

12:09

"Bu matçda mütləq qələbə qazanmalıydıq" - Ronald Kuman

11:47

AL: Azərbaycan yığması Portuqaliyaya qarşı

11:19

Ekvador - Kurasao matçının ən yaxşı oyunçusu açıqlandı

10:34

DÇ-2026: Ekvador - Kürasao görüşündə bərabərlik, Yaponiya Tunisi "şapalaqladı"

Facebookdan bizi izləməyi unutmayın.
X