Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda gənc və yeniyetmə taekvondoçular arasında Avropa Multi Oyunlarına start verilib.
Fanat.Az xəbər verir ki, yarışın ilk günü dayanq üzərinə gənc idmançılar çıxıblar.
Məmməd Abdullayevin rəhbərliyi etdiyi Azərbaycan millisi yarışı 3 medalla başa vurub. Komandamızın heyətində Məhəmməd Həsənli (48 kq) gümüş medala yiyələnib. Hüseyn Xudiyev (78 kq) və Ruslan Həsənzadə (+78 kq) isə Oyunları bürünc mükafatla bitirib.
Yarışın ikinci günündə yeniyetmə taekvondoçular qüvvəsini sınayacaq. Yığmamız bu mübarizədə 8 oğlan və 8 qız idmançı ilə təmsil olunacaq.