Azərbaycanın kişilərdən cüdo yığmasının almaniyalı baş məşqçisi Riçard Trautman və performans direktor, niderlandlı Mark van der Ham postunda qalacaq.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, federasiya mundialdakı uğursuzluğa rəğmən, əcnəbi mütəxəssislərlə əməkdaşlığı ən azı Paris-2024 Olimpiadasına kimi davam etdirmək niyyətindədir.
Qeyd edək ki, Azərbaycan cüdoçuları Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatını bir bürünc medalla başa vurub.