09:20 16.05.2023 500

IJF-nin baş hakimi nəyi etiraf edib? - MÜSAHİBƏ

Azərbaycanın cüdo üzrə əməkdar məşqçisi Tərlan Həsənov Fanat.Az-a müsahibə verib. Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatını arenadan izləmiş 80 yaşlı mütəxəssis yığmanın mundialdakı çıxışı ilə bağlı suallarımızı cavablandırıb.

- Tərlan müəllim, dünya çempionatını yaxından izlədiniz. Sizcə, yığma niyə belə uğursuz oldu?
- Bir bürünc medal, bəli, bizim milli komandamız üçün birmənalı uğursuzluqdur. Səbəblər çoxdur.

- Məsələn?
- Məsələn, medal gözlədiyimiz cüdoçular imkanlarından aşağı çıxış elədilər. Bəziləri arxayınlığın qurbanı oldu, bəziləri də ehtiyatsızlığın. Məsələn, Balabəy Ağayev udmalı olduğu rəqibə saymazlıqdan uduzdu. Məmmədəli daha əvvəl udduğu Markus Nimanla görüşdə lazım olan anda etməli olduqlarını etmədi. Çəkindi. Niman sonda üçüncü oldu. Halbuki orada Məmmədəli ola bilərdi. Bunun üçün yetərincə imkanı var idi. Yüzdən ağır çəkidəki Uşanqi Kokauri də uduzduğu rus İnal Tasoyevə bir ağ daha ağıllı güləşsə, qalib gələ bilərdi.

- Bəs yetirməniz Hidayət Heydərovun medalsız qalmağına nə səbəb oldu?
- Hidayət neçə vaxtdır ki, dizindəki zədədən əziyyət çəkir. Dünya çempionatında Moldovanı təmsil edən azərbaycanlı Adil Osmanovla görüş zamanı zədəsi ağırlaşdı. O, sonrakı görüşlərə iynə-dərmanla çıxası oldu. Belə vəziyyətdə mübarizə aparmaq, əlbəttə, çətin idi. Bu səbəbdən yaponiyalı Soiçi Haşimoto ilə bürünc medal görüşündə Hidayət heç özünə bənzəmirdi. Düzdür, ona bunadək altı dəfə uduzmuşdu. Amma Hidayətin bir görüşdə iki dəfə yıxılmasını heç kim xatırlamaz yəqin ki.


- Bu mundialda üç aparıcı cüdoçumuz qadağan olunmuş hərəkətə görə "hansoku" ilə cəzalandırıldı. Həmçinin də Hidayət Heydərov eyni aqibətlə üzləşdi. Bunun günahını harada axtarmaq lazımdır?
- Çoxları məşqçiləri qınayır. Ancaq mənim fikrimcə, bu, düzgün deyil. O üç idmançının hər biri kifayət qədər böyük təcrübə sahibidir. Onlar uşaq deyillər ki, belə şeyləri başa salsınlar. Sadəcə, cüdoçular hələ qaydalara tam öyrəşməyiblər. Yarış zamanı belə hallar olur, görünür, hələ olacaq. Ayrıca, dünya çempionatında eyni vəziyyətdə fərqli qərarlar çox oldu. Məsələn, Zelim Kotsoyevə "hansoku" verməmək olardı. Hətta onadək Krpalekə üçüncü "şido"nu da vermək mümkün idi. Beynəlxalq Cüdo Federasiyasının Hakimlər komitəsinin sədri Daniel Laskau da dolayısıyla etiraf etdi ki, biz ikiqat olimpiya çempionunu finala daşımalı idik. Təəssüf ki, cüdoda hələ də belə hallar olur. 
Bundan başqa, bəzi görüşlərdə idmançılarımızın haqqı olan xallar verilmədi. Ümumiyyətlə, Azərbaycandan biri IJF-də təmsil olunsa, bizim idmançılara qarşı münasibət də fərqli olar. Hakimlərimiz də hələ o səviyyədə deyil ki, növbəti Olimpiadaya təyinat alsınlar. Təəssüf ki, biz vaxtında belə imkanları itirmişik. 

- Sizcə, idmançının birdən-birə "hansoku" ilə cəzalandırılıb uduzması normaldırmı? Daha yaxşı olmazmı ki, hələlik sadəcə "şido" veriləydi?
- Bu, bizdən asılı deyil. İstəsək də, istəməsək də qayda dəyişməyəcək. Necə deyərlər, ağa deyir, sür dərəyə, sür dərəyə. Yaxşı olar ki, idmançılar buna uyğunlaşsın.

- Mundialda tənqid olunan bir məqam da idmançıları tatamiyə əcnəbi mütəxəssislərin - performans direktor Mark van der Ham və baş məşqçi Riçard Trautmanın çıxarmasıdır. Dil amilinə görə bunun yanlış addım olduğunu düşünənlər yetərincədir. Sizin fikriniz nədir?
- Razıyam ki, bu, düz deyil. Yığmada bircə Səid alman dilini bilir. Digər idmançıların məşqçilərin dediklərini anlaması çətindir. Buna yenidən baxılsa, yaxşı olar.

- Başqa hansı çatışmazlıqlar müşahidə edirsiniz?
- Yaxşı olar ki, idmançılarla təcrübəli diyetoloq işləsin. Bəzi idmançıların çəkisi 10 kilo artıq olur. Məsələn, Hidayət 83-dən, Məmmədəli 100-102-dən çəki salmalı olur. Bunu da yarışa çox az qalmış edirlər. Bu da onlara çox problem yaradır. Yaş keçdikcə də daha çətin olur. Həmçinin bu sahədə təcrübəli psixoloqa ehtiyac var.

- Biz Paris Olimpiadasında nəyə ümid edə bilərik?
- Dünya çempionatı Olimpiadadan çətin yarışdır. O baxımdan ki, dünya çempionatında iddialı ölkələrin bir çəkidə iki təmsilçisi mübarizə apara bilir. Üstəlik, iştirakçı sayı çox olduğundan, mundialda medala gedən yol daha uzundur. Bir neçə idmançı var ki, onlar potensial olimpiya medalçısıdır. Nə komandamız zəifdir, nə də məşqçilər. Mən görürəm ki, Trautman və Mark van der Ham işlərinə necə professional yanaşırlar.

- Digər yetirmələriniz Məmmədəli Mehdiyev və Murad Fətiyev artıq eyni çəkidə yarışırlar, bir-birinə rəqibdirlər. Hansının Olimpiadaya lisenziya şansını daha yüksək dəyərləndirirsiniz?
- İndidən söz demək olmaz. Sevindirici haldır ki, bizdə ağır çəkidə də rəqabət yaranıb. Bu iki nəfərdən başqa gənclərin Avropa çempionları Elcan Hacıyev və Vüqar Talıbov da 90 kiloda çıxış edirlər. Məmmədəlinin təcrübəsi böyükdür, Murad da döyüşkənliyi hesabına irəli gedəcək düşünürəm.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

13 May 2024
10:50

“Qəbələ”nin növbəti qurbanı “Sabah” oldu – Tura baxış

10:19

"Old Trafford"u sel basdı - VİDEO

09:56

Şamaxı Premyer Liqaya dönür - Dəqiqləşdi

09:33

Simeone İspaniya futbolunun tarixinə düşdü - Rekord

09:10

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək

12 May 2024
22:52

"Məni qorxudan futbolçuların üzərində olan təzyiqdir"

22:33

"Bizim də penaltimiz var idi" - Şahin Diniyev

21:27

MPL:  "Sabah" Qəbələdə uduzdu, "Sumqayıt" 2-ci pilləyə yüksəldi 

20:48

AÇ: Azərbaycan parataekvondoçusu gümüş medal qazandı

19:57

Kaxaber Tsxadadze "Sabah" üzərində qələbəni şərh etdi

19:33

"Qırmızı vərəqədən sonra mübarizə aparmaq çətin idi" - Krunoslav Renduliç

18:35

"Bayern Münhen" sabiq baş məşqçisinə müqavilə təklif etdi

17:23

Şeydayev baş məşqçisiz qaldı

16:45

"Bu, aĝ yalandır"

16:23

Cəlal oynadı, komandası qələbə qazandı

15:43

"O epizoda penalti verilirsə..."

15:07

Vüsalın komandası elitaya vəsiqə qazana bilər

14:51

Piolinin yerini Konte tutacaq? - SON DURUM

14:11

"Böyük Dəbilqə": Azərbaycanın daha iki cüdoçusu medal qazana bilər

13:47

Azərbaycan millisi iki yoldaşlıq görüşünə çıxacaq

13:14

Levandovski "Barselona"nı bu səbəbdən tərk edə bilər

12:50

Messinin 11 oyunluq seriyası başa çatdı

12:24

"Böyük Dəbilqə": Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

11:55

Səudiyyə Ərəbistanı çempionu bilindi

11:21

"Başqa yerli və ya xarici klublarla danışıq aparmıram" - Marko Yankoviç

10:58

"Real Madrid" rekordunu təkrarladı

09:52

Günün oyunları bu kanallarda - AFİŞA

09:00

Xanımı Tomas Mülleri sosial şəbəkə hesablarından sildi

01:58

"Milan" "Kalyari"yə rəhm etmədi

00:42

"Real"dan darmadağın

11 May 2024
23:11

"İnanmırdım ki, Əliyar qərarını dəyişsin"

22:40

"Bərk komandaya qarşı oynadıq" - Qurban Qurbanov

21:30

MPL: "Turan Tovuz" Bakıda qalib gəldi, "Zirə" "Qarabağ"a uduzdu

21:20

"Oyun başlayandan nəzarətimizdə idi" - Ayxan Abbasov

21:05

Elmar Baxşıyev "Turan Tovuz"a məğlubiyyəti şərh etdi

20:10

Azərbaycan taekvondoçusu Avropa çempionu oldu

19:39

Krivotsyukun komandası səfərdə xal itirdi

18:45

A Seriyasında ayrılıq qərarı - "Sona 3 tur qalmış başa düşdüm"

17:55

Azərbaycan cüdoçuları Polşada bürünc medal qazanıblar

17:28

Rahil Məmmədov oynadı,  komandası...

Facebookdan bizi izləməyi unutmayın.
X