Bişkekdə (Qırğızıstan) güləş üzrə beynəlxalq reytinq turniri keçirilir.
Fanat.Az xəbər verir ki, turnirin ikinci günündə Azərbaycan millisinin güləşçiləri xalça üzərinə çıxıblar.
Son Avropa çempionatının gümüş medalçısı Jalə Əliyeva (57 kq) startda çinli Kehin Honqa uduzsa da, rəqibi finala yüksəldiyindən o, bürünc uğrunda mübarizə aparmaq hüququ qazanıb. Əliyevanın rəqibi Elvira Kamaloğlu (Türkiyə) olacaq.
Elis Manolova (62 kq) startda Dilfuza Aimbetovanı (Özbəkistan) üstələsə də, 1/4 finalda Luisa Niemeşə (Almaniya) məğlub olub. Almaniyalı yarımfinalda məğlub olduğundan Manolova çıxışını bitirib.