Cüdo üzrə Azərbaycan yığması Düşənbədə (Tacikistan) keçirilən Qran Pri turnirinin ümumi hesabında səkkizinci yeri tutub.
Fanat.Az xəbər verir ki, komandamız yarışda dörd mükafat qazanıb. Turan Bayramov (60 kq) və Gültac Məmmədəliyeva (52 kq) gümüş, Yaşar Nəcəfov (66 kq) və Elcan Hacıyev (90 kq) isə bürünc medala sahib çıxıblar.
Yekundav birinci yeri Tacikistan (3-3-1), ikinci yeri Almaniya (1-2-0), üçüncü yeri isə Fransa (1-0-3) tutub.