UEFA Konfrans Liqasının 2022/2023 mövsümünə yekun vurulub.
Fanat.Az xəbər verir ki, Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçirilən final görüşündə İtaliyanın "Fiorentina" klubu İngiltərə "Vest Hem"inə 1:2 hesabı ilə uduzaraq kuboku əldən verib.
Matçdan sonra UEFA-nın rəsmi saytına danışan İtaliya təmsilçisinin baş məşqçisi Vinçentso İtaliyano məğlubiyyəti belə şərh edib:
"Biz böyük riskə getmək istəmirdik. Bilirdik ki, səbirli oynamaqla qalib gələ bilərik. Amma belə uduzacağımızı gözləmirdik. Çox üzgünəm. Hər şeyi düzgün etdik. Amma müdafiəçilər son qol epizodunda qapıya bir metr yaxın olmalı idilər. Bu, çətin deyildi. Məlum oldu ki, belə səhvlər kuboka başa gələ bilər".
Röya