Bu gün Tiranada (Albaniya) güləş üzrə gənclər arasında (U-17) Avropa çempionatı başlayır.
Fanat.Az xəbər verir ki, yarışın ilk günündə yunan-Roma güləşçiləri döşək üzərinə çıxacaq.
Azərbaycanı yarışda Elnar Ziyadov (48 kq), Ayxan Cavadov (55 kq), Murad Zeynalabdinov (65 kq), Emin Əliyev (80 kq) və Mahir Qurbanlı (110 kq) təmsil edəcək.