İyunun 16-dan 18-dək Astanada (Qazaxıstan) cüdo üzrə "Böyük Dəbilqə" turniri keçiriləcək.
Fanat.Az xəbər verir ki, yarışa Azərbaycanın 4-ü qadın olmaqla 17 tatami ustası ilə qatılacaq.
Yığmanın məşqçilər korpusunun qərarı ilə heyətə aşağıdakı cüdoçular cəlb edilib: Kənan İsmayılov, Nazir Talıbov (hər ikisi 60 kq), Kəramət Hüseynov, Kamran Süleymanov (hər ikis 66 kq), Теlman Vəliyev, Rəşid Məmmədəliyev (hər ikisi 73 kq), Məhərrəm İmamverdiyev, Zəlim Tskayev (hər ikisi 81 kq), Vüqar Talıbov, Elcan Hacıyev (hər ikisi 90 kq), Aslan Mirzəyev (100 kq), Uşanqi Kokuari, Camal Həmzatxanov (hər ikisi +100 kq), Leyla Əliyeva. Ramilə Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Aydan Vəliyeva (hər ikisi 52 kq).
Üç günlük turnirdə 43 ölkədən 313 (175 kişi, 138 qadın) cüdoçunun iştirakı gözlənilir.