Bu gün Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, ilk raunddan azad olan Azərbaycan təmsilçisi “Neftçi”nin bu mərhələdəki rəqibi bəlli olub.
Paytaxt klubu “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun səfərdə keçiriləcək.
Qeyd edək ki, Konfrans Liqasında II raundun oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək.