Bu gün Konfrans Liqasında II təsnifat mərhələsinin püşkü atılıb.
Fanat.Az xəbər verir ki, Azərbaycanı ilk dəfə avrokubokda təmsil edəcək “Sabah”ın bu mərhələdəki rəqibi bəlli olub.
Paytaxt klubu “Makedoniya” (Şimali Makedoniya) – RFŞ (Latviya) cütünün qalibi ilə qarşılaşacaq. Komandalar arasında ilk oyun səfərdə keçiriləcək.
Qeyd edək ki, Konfrans Liqasında II raundun oyunları iyulun 27-də və avqustun 3-də keçiriləcək.