Azərbaycan karateçisi İrina Zaretska Polşada keçirilən III Avropa Oyunlarında erməni rəqibi Anita Makyana (8:0) qalib gələrək medalı təmin edib.
Fanat.Az xəbər verir ki, 68 kq çəki dərəcəsində əvvəlcə ukraynalı Qalina Melniki (5:0) üstələyən dünya və Avropa çempionu ardıcıl ikinci qalibiyyət sayəsində yarımfinala yüksəlib.
27 yaşlı karateçi bununla minimum bürünc medalı təmin edib. O, qrupda son görüşünü ispaniyalı İzabel Nyetoya qarşı keçirəcək.