
"Zirə"nin Qvineya-Bisaudan olan hücumçusu Toni Qomes İsrailin "Hapoel" (Hadera) klubuna transfer olub.
Fanat.Az xəbər verir ki, bu barədə "Zirə"nin mətbuat xidməti məlumat yayıb.
Xəbərdə qeyd edilib ki, iki klub arasında imzalanmış transfer müqaviləsinə əsasən hücumçu "Hapoel"ə keçib. İsrail klubunun bu transfer üçün "Zirə"yə nə qədər təzminat ödədiyi açıqlanmır.
Qeyd edək ki , Toni Qomes "Zirə"yə 2022-ci ilin iyul ayında azad agent kimi keçmişdi. O, bu komandada 26 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Vaxtilə "Liverpul"un U-18, U-21 komandalarında da oynamış futbolçu "Menemen", "Harras", "Forest Qrin Rovers", "Aroka", "Tala El Qaiş" kimi klubların formasını geyinib. O, Qvineya- Bisau yımasında da 2 oyuna çıxıb.