Minifutbol üzrə "Zirə" komandası Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Çempionlar Liqasında növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi ikinci qarşılaşmada Bolqarıstan "Terra Trak"ı ilə qarşılaşıb və bu dəfə 0:2 hesabı ilə uduzub.
Xatırladaq ki, "Zirə" ilk matçında Ukraynanın "Andezit" kollektivinə yenilmişdi - 0:1.