"Sabah" basketbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi "Facebook" səhifəsi məlumat yayıb.
Xəbərə görə, 32 yaşlı latviyalı hücumçu Artyoms Butyankovsla 1 illik müqavilə imzalanıb.
O, karyerası ərzində Latviyanın “Valmiera”, “Ventspils”, “Betsafe Liepaya”, “VEF Riqa”, “Yurmala Feniks”, Niderlandın “Donar Qroningen” və İtaliyanın “Givova Scafati” klublarında çıxış edib.