Bu gün minifutbol üzrə Azərbaycan millisi Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatında növbəti matçına çıxacaq.
Fanat.Az xəbər verir ki, təmsilçimiz Misir seçməsi ilə qarşılaşacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan komandası ilk matçda İraqı 2:0 hesabı ilə yenib. Milli oktyabrın 31-də Küveytlə üz-üzə gələcək.