01:59 23.11.2023 767

“Qızıl medal çox yaxın idi”

Monteneqroda keçirilən Avropa çempionatında ilk dəfə gümüş medal qazanan qadın şahmatçılardan ibarət Azərbaycan yığması vətənə qayıdıb.

Fanat.Az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıları Gənclər və İdman Nazirliyi eləcə də Azərbaycan Şahmat Federasiyasının nümayəndələri, jurnalistlər və idmançıların yaxınları qarşılayıb.

Şahmatçılar, məşqçilər və AŞF rəsmiləri hava limanında jurnalistlərin suallarına cavab veriblər.

Faiq Həsənov (AŞF-nin birinci vitse-prezidenti): “Avropa çempionatında qazanılan nəticə böyük uğurdur. Qızlar ümumilikdə 15 xal toplamaqla yüksək göstəriciyə imza atdılar. Hətta kişi şahmatçılardan ibarət komandamız Avropa çempionu olan illərdə 15 xaldan az toplayıb. Son turda çempionluğun taleyini Gürcüstan və Bolqarıstan komandaları həll edirdi. Qızlar son turda qələbə qazanmaqla gümüş medala layiq görüldülər. Qitə çempionatında ikinci yer gələcəkdə komandanın daha böyük uğurlar əldə edəcəyinə ümid etməyə imkan verir”.

Mixail Şereşevski (məşqçi): “Düzünü desəm, qızıl medala inanırdım. Təəssüf ki, alınmadı. Komandanın hər bir üzvü çıxışından razı qalmalıdır. Gürcüstanla Bolqarıstan arasında oyun bizi çempion edə bilərdi. Qızıl medal qazanmadığımıza görə üzülürəm”.

Yevgeni Tomaşevski (məşqçi): “Hər yarışda maksimum nəticəni düşünürəm. Bu dəfə də qızıl medalı əsas hədəf sayırdım. Qızıl medal və çempionluq Azərbaycan komandasına çox yaxın idi. Gümüş medal yaxşı nəticədir. Şahmatçılar xarakterləri ilə fəxr edə bilər. Bu komanda ilə işlədiyimə görə mən də fəxr edirəm. Azərbaycan komandası irəlidə böyük uğurlar qazana bilər”.

Aydın Süleymanlı (məşqçi): “İlk dəfə özümü məşqçi kimi sınadım. Maraqlı heyətdə işlədik. Avropa çempionatında qızların qazandığı gümüş medala görə hər birini təbrik edirəm. Yaxşı mübarizə sərgiləməklə heç bir rəqibdən geri qalmadıqlarını göstərdilər”.

Gövhər Beydullayeva (Avropa çempionatının gümüş mükafatçısı): “Xalqımızın göstərdiyi dəstəyi hiss edirdik. Bizə dəstək olan hər kəsə təşəkkür edirik. Ardıcıl üçüncü dəfə vətənə Avropa çempionatından medalla qayıtmaq sevindiricidir. Növbəti hədəf qızıl medaldır”.

Gülnar Məmmədova (Avropa çempionatının gümüş mükafatçısı): “Komandamızın çıxışından razı qaldım. Bizə dəstək olan hamıya təşəkkür edirik. Həyəcanlı mübarizənin iştirakçısı olduq. Uğurların davamlı olması üçün məşqləri davam etdirəcəyik. Növbəti hədəf qızıl medaldır”.

Xanım Balacayeva (Avropa çempionatının gümüş medalçısı): “Gümüş medal hamımızı sevindirir. Sözsüz, ən yüksək nəticəyə çatmaq uğrunda yarışırdıq. Çempionluğa çox yaxın olduq. Komanda kimi mübarizə apardıq. Yarışdan əvvəl əsas hədəf çempion olmaq idi”.

Ülviyyə Fətəliyeva (Avropa çempionatının gümüş mükafatçısı): “Avropa çempionatında lider komanda kimi mübarizə apardıq. Son tura qədər liderlərdən biri olaraq yarışdıq. Hər tur komanda kimi qələbə uğrunda bütün gücümüzü nümayiş etdirməyə çalışdıq. Nəticəmizlə lider olduğumuzu sübut etdik”.

Günay Məmmədzadə (Avropa çempionatının gümüş mükafatçısı): “Bizə dəstək olduqları üçün ailə üzvlərimizə, yaradılan şəraitə görə Azərbaycan Şahmat Federasiyasına təşəkkür edirəm. Hər zaman məqsədimiz ən yüksək nəticələr olub. İki il ardıcıl Avropa çempionatından bürünc medalla qayıtdıq. Bu dəfə vətənə gümüş medalçı kimi döndük. Növbəti hədəf ən yüksək mükafat olacaq. Bizi izləməkdə davam edin”.

Xatırladaq ki, qadınlardan ibarət millimiz 7 turda qələbə qazanıb, bir dəfə heç-heçə edib, yeganə məğlubiyyətini isə Avropa çempionu olan Bolqarıstan yığmasından alıb.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

03 Avqust 2026
10:09

Darvin Nunyes "Beşiktaş" ilə anlaşdı - SON DURUM

09:48

"Sabahın Ulduzları": U-15 yaş qrupunda 1-ci tura yekun vuruldu

09:25

Konfrans Liqası: "Qarabağ" "Dinamo Kiyev" səddini keçsə...

09:00

Çempionlar Liqası: "Sabah"ın pley-off mərhələsindəki rəqibi müəyyənləşir - PÜŞKATMA

02:14

"Qarabağ" Pakistan futbolunun ulduzunu transfer etdi

01:00

"Qəbələ" Qətər klubunu məğlub etdi

00:35

"Qalatasaray" məğlubiyyətdən son dəqiqələrdə xilas oldu

02 Avqust 2026
23:54

"Qarabağ" və "Sabah"dan gözlənilməz addım: İngiltərədən kim gəlir?

22:46

"Liverpul" yetirməsini geri qaytarır

22:11

İtaliyalı stoper üçün Premyer Liqada "müharibə"

21:39

Mahir Emreli fərqləndi, baş məşqçi əvəzlədi: "Rakuv" 2 qolla cəzalandı

21:11

Pedri üçün 90 milyon avro

20:38

ÇSKA ilə matçda zədələnən Savonun durumu bilindi

20:07

Canni İnfantino haqqında şok iddia

19:32

"Atletik Bilbao"dan "Barselona"ya sərt cavab

19:09

Ronaldu evləncəyi tarixi açıqladı

18:51

Millimiz Avropa çempionatını 16-cı pillədə başa vurub

18:12

Həvəskar velosipedçilər arasında Federasiya Kuboku yarışı keçirilib

17:53

Mourinyu "Real Madrid"ə qayıtdıqdan sonrakı ilk oyununu şərh etdi

17:15

"Qəbələ" braziliyalı qapıçı ilə gücləndi

16:39

Mançester nəhəngi onun üçün hərəkətə keçir

16:01

"Roma" yeni müdafiçənin keçidini açıqladı

15:41

"Qarabağ”ın "Dinamo Kiyev"lə oyununa biletlər satışa çıxarıldı

15:19

"Kəpəz"in yeni fanklubu olacaq - FOTO

14:40

"Sabahın Ulduzları" start götürdü - Fotolar/Nəticələr

14:22

Azərbaycanlı məşqçi dünyasını dəyişdi

13:44

Viktor Osimhen İngiltərəyə gedir?

13:16

Dünya Seriyası: "Neftçi SOCAR" mübarizəni 1/4-də dayandırdı

12:50

"Qalatasaray" yeni yarımmüdafiəçi ilə anlaşdı

11:43

Azərbaycan millisi Niderlandla qarşılaşır

11:17

"Real Madrid" "Fiorentina" ilə bacarmadı

10:40

PSJ yapon ulduzu "Yuventus"un əlindən aldı

10:07

Portuqaliya Super Kubokunun qalibi bilindi

09:38

Dünya çempionatı: İlk "qızıl"ı qazanmaq mümkün olacaq?

09:00

Nəriman Axundzadənin Messi ilə dueli baş tutmadı - SƏBƏB

01 Avqust 2026
23:46

"Çelsi" Joau Pedroya yeni müqavilə təklif edir

23:33

"Sabah" nigeriyalı vingerlə gücləndi

23:12

Antonio Silva "Bornmut"a keçdi

22:38

Frank De Bleker AFFA-ya təşəkkür məktubu ünvanlayıb

22:21

Mançester nəhəngi onun üçün hərəkətə keçir

Facebookdan bizi izləməyi unutmayın.
X