Birinci Liqanın 9-cu turunda "İmişli" evdə "Qaradağ Lökbatan" qəbul etdi. Görüş tərəflərin 0:0 bərabərliyi ilə bitdi. Yerli azarkeşlərin azlığı isə diqqətdən yayınmadı. Məsələ ilə bağlı klubun prezidenti Aqşin Mürsəlovla əlaqə saxlayıb onun fikirlərini öyrəndik
Mürsəlovun Fanat.Az-a açıqlaması belə oldu:
"Oyunların həftəiçi, iş günlərində olsa da, az azarkeş gəldiyini deməzdim. Amma oyunlarımızı daha çox, yəni 5-6 min tamaşaçının izləməsini istəyirik. Bunun üçün işlər görürük Çox sevindirici haldır ki, gənclərimiz öz təşəbbüsü ilə "Küdrü Qartalları" adlı fan klub yaradıblar. Bununla onlar komandalarına dəstək olurlar. Gələcək oyunlarda azarkeş sayının daha çox olacağına inanırıq. Gənclərimizlə məktəblərdə və digər yerlərdə görüşlər təşkil edərək maarifləndirmə işləri görürük. Oyunlarımızın altı və ya bazar günü keçirilməsi ilə bağlı PFL-ə müraciət etmişik. Ümid edirik gələcəkdə bunu nəzərə alacaqlar".
Nahid Məmmədov