Uşu kunq-fu üzrə Azərbaycan millisinin üzvləri Türkiyənin İstanbul şəhərində keçirilən Avropa çempionatında 9 medal qazanıblar.
Fanat.Az xəbər verir ki, onlardan 2-si "qızıl", 3-ü "gümüş", 4-ü isə "bürünc"ə sahib çıxıb.
Elçin Eminov bütün rəqiblərinə qalib gələrək 6-cı dəfə Avropa çempionu olubsa, Hamza Rəsulzadə də rəqiblərini üstələməyi bacarıb.