Tanınmış portuqaliyalı mütəxəssis Andre Villaş-Boaş "Portu"da çalışmağa yaxındır.
Fanat.Az xəbər verir ki, ancaq 47 yaşlı mütəxəssis baş məşqçi yox, sözügedən klubun prezidenti olmağa hazırlaşır.
O, bunu rəsmən elan edib və bir həftə sonra seçki proqramını təqdim etmək niyyətindədir. Villaş-Boaşın şüarı artıq məlumdur: “Yalnız "Portu" var”.
"Portu"nun rəsmi saytı klub prezidenti vəzifəsinə digər namizədlərin də adlarını açıqlayıb. Söhbət Xorxe Nunu Pintu və Nunu Lobudan gedir.
Qeyd edək ki, Joze Mourinyunun tələbəsi olan Villaş-Boaş 2010/2011 mövsümündə "Portu"nun baş məşqçisi olub. Həmçinin, "Çelsi", "Tottenhem", "Zenit" və "Şaxtyor" kimi klublarda işləmiş mütəxəssisin son iş yeri "Olimpik Marsel" (2019-2021) olub.
Mirağa