“Latsio” 1/4 finalda əzəli rəqibi “Roma”nı 1:0 hesabı ilə məğlub edərək İtaliya kubokunun yarımfinalına vəsiqə qazanıb.
Fanat.Az xəbər verir ki, derbidə azarkeşlər arasında iğtişaş yaşanıb.
Tribunada fanatlar arasında yaşananların görüntüsü internetdə yayılıb. Hələ matç başlamamış tribunada bir-birinə yanan məşəl atan azarkeşlər arasında yaşanan münaqişədə hətta “Roma”nın futbolçularından birinin də başına şüşə butulka ilə zərbə endirilib. Konkret olaraq, matçın 76-cı dəqiqəsində "Roma"nın 21 yaşlı yarımmüdafiəçisi Edoardo Bovenin başına şüşə butulka atılıb.
You have to love the Derby Della Capitale 🇮🇹 #Roma #Lazio #DerbyDellaCapitale pic.twitter.com/ziCqipWTDU
— Richard Hall (@RichHall80) January 10, 2024