Dortmund "Borussiya"sı Ceydon Sançonu geri qayıtdığını açıqlayıb.
Fanat.Az xəbər verir ki, Almaniya təmsilçisi sosial şəbəkə hesablarında 2021-ci ildə "Mançester Yunayted"ə satılan futbolçunun dönüşünü maraqlı şəkildə təqdim edib.
Rəsmi sənədi xatırladan vərəqə belə yazılıb: "Ceydon yaxın gələcəkdəki planları ilə bağlı suala "mən qayıtdım" cavabını verdi".
Daha öncə mətbuatda sözügedən futbolçunun sonradan transfer hüquqlarına yiyələnmək şərti ilə bu ilin yayına qədər icarəyə götürüləcəyi barədə məlumatlar yayılmışdı.
Xatırladaq ki, ötən ilin avqustunda MY-nin baş məşqçisi Erik ten Haqla insident yaşayan və üzr istəməkdən imtina edən Sanço əsas komandadan kənarlaşdırılmışdı.