
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Sumqayıt" ikinci yoxlama oyununda qalib gəlib.
Fanat.Az xəbər verir ki, Samir Abasovun baş məşqçisi olduğu kollektiv Özbəkistan təmsilçisi “Soqdiana”nı 3:1 hesabı ilə məğlub edib.
Xatırladaq ki, "gənclik şəhəri" təmsilçisi ilk matçda Rumıniyanın “Hermanştadt” klubuna uduzmuşdu - 0:3.