
"Səbail” klubu daha bir futbolçunun keçidini rəsmiləşdirib.
Fanat.Az paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Niderlandın 2-ci liqa təmsilçisi “Venlo”da çıxış etmiş Süleyman Alluş heyətə cəlb olunub.
Mərakeş əsilli cinah yarımmüdafiəçisi ilə 2,5 illik müqavilə imzalanıb. O, "Səbail"də 14 nömrəli forma geyinəcək.
22 yaşlı futbolçu Niderlandın U-17 millisi ilə Avropa çempionatının qalibi olub.