Argentina millisinin vingeri, son dünya çempionatının qalibi Anxel Di Mariyanın ailəsini ölümlə hədələyən dəstə ələ keçib.
Fanat.Az xarici mətbuata istinadən xəbər verir ki, Anxelə hədə-qorxu gələn 3 nəfər Argentina hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.
Onlardan birinin evindən silah və narkotik maddə tapılıb.
Qeyd edək ki, həbs olunan şəxslər hazırda Portuqaliyanın “Benfika” klubunun formasını geyinən Di Mariyanın Rosariodan 20 kilometr aralıda yerləşən evinin yanına təhdid məktubu qoyublar.