12:13 01.04.2024 905

“Qarabağ” çempionluğu rəsmiləşdirdi, “Neftçi” 2-ci pilləni ələ keçirdi – Tura baxış

Misli Premyer Liqasının 28-ci turu “Qarabağ”ın çempionluğu təmin etməsiylə əlamətdar oldu. “Sabah”ın məğlub olduğu turda Qəbələ səfərindən 3 xalla dönən “Neftçi” isə “köhlən atlar”ın ən yaxın izləyicisinə çevrildi. Amma məlum məsələdir ki, 1-ci pillə “ağ-qaralar” üçün artıq əlçatmazdır.

“Qəbələ” – “Neftçi” 0:1
Qol:
Kilian Lebon, 43.
“Qəbələ”: 1. Rəşad Əzizli, 34. Urfan Abbasov (k), 28. Murad Musayev, 5. Rauf Hüseynli, 7. Emil Səfərov, 4. Lukas Afriko, 3. Zurab Oçiqava, 99. Ahmed Ayzaya, 19. Samuel Tetteh, 9. Əyyub Allaş, 72. Osama Xalayla
Ehtiyat oyunçular: 36. Elməddin Sultanov, 12. Nicat Əliyev, 71. Sənan Ağalarov, 25. İbrahim Ramazanov, 30. Şahin Şahniyarov, 77. Okan Təhməzli, 27. Eşqin Əhmədov, 10. Klesio Bauk, 6. Feras Abu Akal, 17. Yaovi Akakpo
Baş məşqçi: Kaxaber Tsxadadze
“Neftçi”: 93. Rza Cəfərov, 10. Filip Ozobiç, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev (k), 19. Azər Salahlı, 6. Dieqo Valdez, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski
Ehtiyat oyunçular: 1. İvan Brkiç, 95. Rəvan Kazımov, 8. Emin Mahmudov, 2. Qara Qarayev, 26. Ömər Buludov, 16. Lukas Melano, 22. Reziuan Mirzov, 23. Ataa Caber, 88. Brayan Moreno, 20. Alfa Konte
Baş məşqçi: Miodraq Bojoviç

Kaxaber Sxadadzenin gəlişindən sonra yaxşı oynamağa başlayan “Qəbələ” qələbə üzünə həsrət qalıb. Yəni ki, bu yaxşı oyunu nəticəyə çağırmaq mümkün olmur. Hesabat turu da bu baxımdan istisna olmadı. “Qəbələ” iki dəfə “Neftçi”nin qapı torunu silkələsə də, Cavid Cəlilovun başçılıq etdiyi hakimlər briqadası hər iki halda oyundan kənar vəziyyət qeydə aldı. Əvəzində Lebonun 43-cü dəqiqədə vurduğu qol qarşılaşmanın nəticəsini müəyyənləşdirdi. Sona xeyli qalsa da, meydan sahibləri bu qolun cavabını verə bilmədi. Nəticədə növbəti məğlubiyyət də qaçılmaz oldu.
Məğlubiyyətlər sıralandıqca “Qəbələ”nin elitadakı yerini qorumaq şansları da azalır. 10-cu sıradakı əyalət təmsilçisinin aktivində cəmi 16 xal var. Bu isə “Kəpəz”in xal ehtiyatından 11 xal azdır. “Neftçi” isə qələbə sayəsində xalını 43-ə çatdırdı. Az öncə qeyd etdiyimiz kimi, 3 xal sayəsində “ağ-qaralar” 2-ci pilləni ələ keçirdi.

“Kəpəz” – “Qarabağ” 1:6
Qollar:
Latir Fal, 90 - Julio Romao, 21. Olavio Juninyo, 52; 56. Abbas Hüseynov, 64. Elvin Cəfərquliyev, 69. Redon Cica, 88.
“Kəpəz”: 96. İqor Rodriqes, 29. Amil Yunanov, 7. Ehtiram Şahverdiyev, 14. Elçin Əlicanov, 4. Vüsal Məsimov, 8. Elmir Tağıyev, 88. Şakir Seyidov, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko (k), 24. Olavale Onanuqa, 21. Martins Junior.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 18. Elgün Bayramov, 3. Vurğun Hüseynov, 10. Tural Rzayev, 99. Əli Səmədov, 47. Ədilxan Qarəhmədov, 20. Mahir Həsənov, 6. Nemət Musayev, 33. Camal Cəfərov, 22. Rüfət Əhmədov, 15. Cavad Kərimov, 91. Latir Fall.
Baş məşqçi: Adil Şükürov.
“Qarabağ”: 99. Andrey Lunyov, 30. Abbas Hüseynov, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 18. Olavio Juninyo, 2. Mateus Silva, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 19. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.

“Qarabağ” nominal qonaq kimi çıxış etdiyi qarşılaşmada “Kəpəz”in qapısına 6 dəfə yol tapdı. Böyükhesablı qələbə “Qarabağ”a könül verən azarkeşləri ikiqat sevindirdi. Çünki bu qələbə sayəsində Qurban Qurbanovun çalışdırdığı komanda 11-ci çempionluğunu rəsmiləşdirdi. Özü də Ağdam təmsilçisi bunu sona 8 tur qalmış bacardı. İndiyə qədər bu uğura imza atan tapılmamaşdı. Çətin ki, bundan sonra da kimsə “Qarabağ”ın bu uğurunu təkrarlaya bilsin. 
Oyunun gedişatı haqda xüsusi nəsə deməyə ehtiyac da yoxdur. Hər halda hesab özü hər şeyi deyir. Romao 21-ci dəqiqədə fərqlənməklə həm özünə doğum günü hədiyyəsi etdi, həm də “Qarabağ”ın hissəni öndə qapatmasına yardımçı oldu. Fasilədən sonra “Kəpəz”in qapısına daha beş qol vuruldu. Falın 0:6-dan sonra fərqlənməsi isə gəncəli azarkeşlər üçün zəif təsəlli sayıla bilər. Hesab həm də “Qarabağ”ın çempionatdakı rəqibləri ilə səviyyə göstəricisi sayılmalıdır. 
28 turdan sonra xal ehtiyatını 69-a çatdıran “köhlən atlar” rəqibləri üçün əlçatmazdır. 27 xallı “Kəpəz” isə təkcə “Qəbələ”ni qabaqlayır ki, bu da Gəncə təmsilçisi üçün əsas hədəfdir.

“Səbail” – “Turan Tovuz” 1:1
Qollar:
Nuno Pedro, 21 - Fərid Nəbiyev, 45+4-pen.
"Səbail": 1. Səlahət Ağayev, 74. Yusif Nəbiyev (k), 17. Rafael Məhərrəmli, 11. Rüfət Abdullazadə, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 9. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 21. Anas Najah, 7. Madi Queta
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 6. Cabir Əmirli, 15. Vüqar Həsənov, 18. Süleyman Əhmədov, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 77. Ayub Masika, 3. Silvayin Deslandes, 14. Suleyman Alluş
Baş məşqçi: Şahin Diniyev
"Turan Tovuz": 13. Aydın Bayramov, 10. Xəyal Nəcəfov, 77. Fərid Nəbiyev, 2. İsmayıl Zülfüqarlı, 5. Roderik Miller (k), 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 21. Aleks Souza
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 4. Şəhriyar Əliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 88. Faiq Hacıyev, 70. Məzahir Məmmədzadə, 97. Sadiq Şəfiyev, 9. Belajdi Pusi, 80. Otto Con, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov

“Səbail”lə “Turan Tovuz” “ASCO Arena”da qalibi müəyyənləşdirə bilmədilər. Hərəyə 1 xal qazanan tərəflər uduzmadıqlarını görə hallarından razı göründülər. Onsuz da çempionatın ortababları əksər oyunlarda buna çalışır. Heç də təsadüfi deyil ki, “Turan Tovuz” 28 tur ərzində 9 dəfə meydandan “sülh”lə ayrılıb. “Səbail”də isə bu rəqəm isə 8-ə bərabərdir.
Bu qarşılaşmaya gəlincə isə qollar hər ikisi ilk yarıda vuruldu. Pedro 21-ci dəqiqədə meydan sahiblərini önə çıxardı. Fərid Nəbiyevin hissəyə əlavə olunmuş 4-cü dəqiqədə penaltidən vurduğu qol isə yekun nəticəni müəyyənləşdirdi. Tərəflər ikinci hissədə qol vurmaq üçün əldən-ayaqdan getməyi lazım bilmədilər. 36 xallı “Turan Tovuz” 7-ci pillədən irəliyə boylanmağa çalışır. 38 xallı “Səbail” isə qərb təmsilçisini bir pillə qabaqlayır.

“Sabah” – “Zirə” 0:1
Qol:
Ruan Renato, 24.
“Sabah”: 55. Nicat Mehbalıyev, 4. Elvin Camalov (k), 9. Anatoli Nuriyev, 8. Ayaz Quliyev, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 7. Boyan Letiç, 18. Davit Volkov, 70. Jesse Sekidika, 3. Con İrasabal, 28. Kahim Parris.
Ehtiyat oyunçular: 1. Yusif İmanov, 16. Rüstəm Samiqullin, 17. Tellur Mütəllimov, 6. Abdulla Xaybulayev, 40. Rauf Rüstəmli, 53. Fəxri Məmmədli, 15. Kristian da Silva, 24. Maruan Hadudi, 14. İshak Belfodil, 44. Sofian Çakla, 19. Emmanuel Apeh, 27. Jarl Marqarita.
Baş məşqçi: Krunoslav Renduliç.
“Zirə”: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 29. Ceyhun Nuriyev, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 15. Pyer Zebli, 6. Eldar Quliyev, 19. Salifu Suma.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 17. Araz Abdullayev, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı,  66. Pərviz Azadov, 5. Stefan Akka, 24. Sezar Meza Kolli, 70. İssa Cibrilla, 23. Rafael Utziq, 28. Abbas İbrahim.
Baş məşqçi: Rəşad Sadıqov.

“Zirə” Masazırda xeyli vacib qələbə qazandı. Rəşad Sadıqovun çalışdırdığı komanda bu mövsüm “Sabah”la oyunlarda üstünlüyə malikdir. Bu mənada sonuncu oyun da istisna olmadı. “Qartallar” səfər qələbəsi sayəsində turnir cədvəlindəki mövqeyini də yaxşılaşdırdı. Qonaqlara qələbə qazandıran qola isə müdafiəçisi Renato 24-cü dəqiqədə imza atdı. Həmin qol da görüş ərzində vurulan yeganə qol oldu. “Sabah”ın çoxsaylı cəhdləri “Zirə”nin intizamlı müdafiəsi qarşısında aciz qaldı. 
Xalını 42-ə çatdıran “Zirə” “Sabah”ı üstələyib, 3-cü pilləni də ələ keçirdi. 40 xallı “Sabah” isə mükafatçı yerlərdən birini tutmaq üçün apardığı mübarizəni davam etdirir.

“Sumqayıt” – “Araz Naxçıvan” 1:0 
Qol:
Kazimir Ninqa, 7-pen.
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 14. Elvin Bədəlov (k), 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə, 11. Kasimir Ninqa, 58. Oktavio Manteka, 12. Abu Dosso, 4. İsa Suliman, 71. Masaki Murata, 23. Cordan Rezabala
Ehtiyat oyunçular: 32. Murad Ağamalıyev, 36. Xəyal Fərzullayev, 6. Vüqar Mustafayev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 10. Kamran Aliev, 9. Erik Sorqa, 60. Tresor Mossi 
Məşqçi: Mübariz Orucov
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 3. Turan Manafov (k), 55. Zamiq Əliyev, 2. Abdulla Rzayev, 19. Aksel Nqando, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç
Ehtiyat oyunçular: 91. Semir Bukviç, 10. Orxan Əliyev, 39. Tural Bayramlı, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 17. İldar Alekperov, 88. Tuqay Əlizadə, 11. Ramin Nəsirli, 13. Mirəli Əhmədov, 8. İsmail Azzaui
Baş məşqçi: Araz Bağırov

Son vaxtlar işləri qaydasında getməyən “Araz Naxçıvan” bu tur Sumqayıta səfərə çıxmışdı. Cəzalı Samir Abasov bu çətin qarşılaşmanı tribunadan izləsə də, onun güvəndiyi futbolçular tapşırıqları düzgün yerinə yetirib, erkən qol vurmağı bacardılar. Düzdür, hesab penaltidən sonra açıldı. Özü də bir qədər şübhəli penaltidən sonra. Kamranbəy Rəhimov oyunun hakim-inspektoru Barış Şimşəkin gözləri qarşısında turun ən şübhəli qərarlarından birinə imza atdı. Ninqa 7-ci dəqiqədə penaltidən dəqiq zərbə vurdu və meydan sahiblərini önə keçirdi. Hesab fasiləyə qədər dəyişmədi. İkinci hissədə meydanda daha gərgin və aqressiv oyun izlədik. Maraqlıdır ki, meydan sahibləri də hakimlərə narazılıq edir, onun qərarlarını aqressiv qarşılayırdılar. Bu da Kamranbəy Rəhimovun qarşılaşmanı aşağı səviyyədə idarə etməsinin, “oyunun ipi”ni əldən buraxmasının nəticəsidir. Görüşdə başqa qol olmadığından “Sumqayıt” şübhəli penaltidən gələn qolla 3 xalı bayram etdi.
42-ci xalını qazanan “Sumqayıt” 4-cü sırada qərarlaşıb. 32 xalı olan “Araz Naxçıvan” isə 8-ci sıradadır.

Amal Abuşov

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

KL: "Neftçi" Belarus təmsilçisi ilə üz-üzə

Facebookdan bizi izləməyi unutmayın.
X