22:32 26.05.2024 517

"Çempionluq həmişə dəyərlidir" - Qurban Qurbanov

"Qarabağ" Azərbaycan Premyer Liqasının son turunda "Araz-Naxçıvan"la 2:2 hesablı heç-heçə edib.

Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Bir neçə həftə öncə çempionluğu təmin etməyimizə baxmayaraq, kuboku bu gün əldə edəcəklər. Hamı bu anı səbirsizliklə gözləyir. Elə futbolçular var ki, ilk dəfədir çempion olur. Oyun sakit keçdi. Hər iki komandanın oyunçuları centilmencəsinə oynadılar. Bu, mənim üçün xoş oldu. Elmar "Baxşıyevə uğurlar arzulayıram.

- Bir həftə sonra kubokun finalı var. Bu oyun haqda fikirləriniz necədir?

- Bəlkə futbolçular daha çox istirahət etmək istəyərdi. Amma onların hər biri peşəkardır. Titulların sayını çoxaltmaq istəyirlər. Hər il bu şans ələ düşmür. Bizi yaxşı mövsüm keçirən komandaya qarşı oyun gözləyir. İnanıram ki, hamı üçün maraqlı oyun olacaq. İkinci dəfədir "Zirə" ilə oynayırıq. Hər iki komandanın oyunçularına uğurlar arzulayıram.

- Əvvəlki çempionluqlarla bunun arasında hansı fərqlər var?

- Həm mövsümdə bizim üçün üç turnir var. Premyer Liqa, kubok və avrokuboklar. Hər üçünü düşündüyümüz qədər qoruya bildiksə, bizim üçün avantajdır. Bəlkə də əvvəlki çempionluqları daha aqressiv qeyd etmişik. İndiki çempionluq daha sakitdir. Hər bir halda mövsümün əvvəlində qarşımıza qoyulan məqsədlərdən biri çempion olmaqdır. Ona görə də digər çempionluqlarla bunun fərqi yoxdur. Çempionluqların sayını nə qədər çoxaltsaq, bizim karyeramızda bir iz olur. Çempion adı həmişə dəyərlidir.

- Növbəti mövsüm üçün Azərbaycan futbolu və klublarına nə arzulayırsız?

-Bol-bol uğurlar, sağlam rəqabət arzulayıram.

- Lunyovun menecerinin açıqlamaları ilə bağlı hüquqi addım atmağı düşünürsünüz?

- Qətiyyən yox. Bizim üçün narahat olacaq nüans yoxdur. İşimiz, nəticələrimiz göz qabağındadır. Hansısa fikirlərə görə klubun imicini aşağı salmağa ehtiyac yoxdur. İnsan addım atanda öz xalqını düşünür. Biz işimizi görürük. Bizə qarşı o qədər təxribatlar olub. Belə şeylərə ayırmağa zamanımız yoxdur.

Mənbə: sportal.az

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

17:48

Olmo "Arsenal"da? -Sualı belə cavablandırdı

17:06

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

16:37

"Yamala qarşı oynasaydım, onu diri-diri yeyərdim"

16:11

Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı keçirilir

15:58

Marko Yankoviç oynadı, Monteneqro qələbəni əldən verdi

15:15

"Şamaxı" Msanqa ilə də müqavilə yeniləmədi - RƏSMİ

14:46

Kyeza gedəcəyini istisna etmədi: "Yeni baş məşqçi İraola ilə danışacağam"

14:12

İngiltərənin top klubu fransalı müdafiəçini istəyir

13:44

İspaniya nəhəngindən Kvaratsxeliya üçün inanılmaz təklif - Danışıqlar başladı

Facebookdan bizi izləməyi unutmayın.
X