Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev (65 kq) Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.
Fanat.Az xəbər verir ki, idmançımız 1/8 finalda meksikalı Ostin Qomes ilə qarşılaşıb.
Üçqat dünya və dördqat Avropa çempionu olan Əliyev rəqibini 7:0 üstələyərək növbəti mərhələyə - 1/4 finala adlayıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.