14:47 26.11.2024 1514

Ponomaryovun panaması

Azərbaycan futbolu ilə dərindən maraqlanan İqor Ponomaryovu tanımaya bilməz. 1978-1981 və 1983-1988-ci illər aralığında "Neftçi"nin formasını geyinən məşhur veteran hazırda həm "Sabah"ın Müşahidə Şurasının üzvü, həm də idman direktorudur. Masazır komandasının oyunlarında klub rəsmiləri üçün nəzərdə tutulmuş lojada tez-tez boy göstərməsi təbii haldır. Adam Misli Premyer Liqasının 14-cü turunda səfərdə "Turan Tovuz"la üz-üzə gələn "bayquşlar"ın 1:1 hesabı ilə başa çatan matçını da ayağını ayağının üstünə aşırmış vəziyyətdə canlı izləyirdi. Kaş həmin gün Tovuza təşrif buyurmaya və bir hörmətsizliyi ilə stadiondakıların mənəvi qınağına tuş gəlməyəydi...  

Ardıcıl 7-ci görüşdə qələbə qazana bilməyən "Sabah"ın baş məşqçisi Krunoslav Renduliçin qarşılaşmanın ardından istefaya göndərilməsində, onun yerinə rus mütəxəssis Vasili Berezutskinin gətirilməsində şübhəsiz, İqor Anatolyeviçin də xüsusi rolu var. Berezutskinin nə ilə yadda qalacağını, yerli çempionatın ritmini tuta bilib-bilməyəcəyini təbii ki, zaman göstərəcək. Amma razılaşaq ki, Renduliçin qovulması həm doğru, həm də bir qədər gecikmiş addım sayılır. Rusiya millisinin sabiq müdafiəçisinin gözləniləndən daha yaxşı təyinat olduğuna, maliyyə problemindən əziyyət çəkməyən "Sabah"ı yeni inkişaf mərhələsinə çatdıracağına biz də inanmaq istərdik. Bu başqa məsələ ki, hələ əcnəbi mütəxəssislərdən heç biri "bayquşlar"a titul qazandırmaq işinin öhdəsindən gələ bilməyib. İndiyədək baş məşqçi qismində çalışmayan Vasiliyə ölkəsində qazanmadığı şansı Azərbaycan klubunun verməsi də özlüyündə çox böyük etimaddır. Bu, öz yerində, qayıdaq məni Ponomoryov haqda yazı yazmağa məcbur edən fakta.

Futbolun siyasətə qatmaq niyyətindən uzağam. Ancaq 44 günlük Vətən müharibəsindən sonra hər oyunun 44-cü dəqiqəsində yerli futbolsevərlərin "ŞƏHİDLƏR ölməz, VƏTƏN bölünməz" şüarı ilə tribunaları ayağa qaldırması olduqca dəyərli ənənədir. Uzun sürən həsrətdən sonra Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün canından keçən şəhidlərimizin hər qarşılaşmada yad edilməsi BÖYÜK MİSSİYA, bu şüar səsləndirilərkən kimliyindən asılı olmayaraq, hər kəsin ayağa qalxması mənəvi borc məsələsidir. Hətta kimin başında papaq varsa, papağını, şlyapa varsa, şlyapasını, panama varsa, panamasını çıxarmalı, heç vaxt yüksələ bilməyəcəyi zirvənin önündə ən azı ruhən baş əyməlidir...

Təəssüf ki, oyuna panamasız gələn Ponomaryov nəinki ayağa qalxaraq panamasını çıxardı, heç ayağını ayağının üstündən də götürmədi. Başqa sözlə, Tovuz stadionunun dolu tribunalarının yaxınlıqdakı ŞƏHİDLƏR XİYABANINI da ağuşuna alan hayqırtısı İqor Anatolyeviçin tükünü də tərpətmədi. Bəziləri sözügedən şəxsin Azərbaycan dilini bilmədiyi üçün şüarı başa düşmədiyini iddia edə bilər. Belədirsə, lap pis. O, heç olmasa, bir neçə ildir formalaşdırılan ənənəvi şüarla tanış olmalı, futboldan daha vacib məqamı qulağardına vurmamalıydı. İqor Anatolyeviçin ölkənin qanlı-qadalı illərində İsveçə getdiyini, ara sakitləşənə, Ermənistanla 1994-cü ildəki atəşkəs sazişi imzalanana qədər gözə dəymədiyini yenidən incələmək fikrində deyiləm, ancaq mənəvi məsələlərə həssas yanaşmaq bütün klub rəsmilərinin, o cümlədən Ponomoryovun da boynunun borcudur. 

Ümid edək ki, klub rəhbərliyi 1960-cı ildə Bakıda doğulmuş adama bu yöndə iradlarını bildirərək təlimatlandıracaq, hətta növbəti səfər qarşılaşmasından öncə Tovuzdakı ŞƏHİDLƏR XİYABANINI ziyərət etməyi, başında olsa, real, olmasa, xəyalən panamasını çıxarmağı tapşıracaq. Axı Ponomaryov Panamada doğulmayıb...

Nihat

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

21 İyul 2026
17:20

"Zirə" Estoniyadakı oyuna itkisiz çıxacaq

17:02

Argentinalı qolkiper millidən ayrılacağına işarə etdi - "Bu ağrını izah etmək çətindir"

16:43

Kalunqa "Kəpəz"in düşərgəsində olsa da...

16:25

"İmişli"də yeni təyinat - RƏSMİ

16:07

Klublarımızın sifariş verdiyi stadionlar bilindi - Siyahı

15:48

"Qalatasaray"da yeni müqavilə - Razılığa gəlindi

15:30

"Şəfa" klubu kanadalı futbolçunu heyətinə qatdı

15:20

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

15:12

Nuri Şahin "Fənərbağça" naminə "qolunu çırmaladı"

14:54

KL: 2-ci mərhələyə 3 oyunla start verilir

14:36

"İmişli" "Qarabağ"ın əvəzedicilərinə "5" verdi

14:18

Modriç yeni müqaviləyə hazırlaşır

14:00

"Qəbələ" nigeriyalı futbolçu ilə razılığa gəldi

13:42

Arif Əsədov "Sabah" - "KuPS" oyunu ilə bağlı iddialı proqnoz verdi

13:24

"Zirə" "Xəzər Lənkəran"la "İnter"in ənənəsini davam etdirə bilər

13:05

ÇSKA ilə AL matçına hazırlaşan "Qarabağ"ın heyəti ilə bağlı son vəziyyət bəlli oldu

12:47

"Beşiktaş"ın Trossard istəyi reallaşmadı

12:29

Minsk "Dinamo"su ilə oyun ərəfəsində "Neftçi"də üzlər gülür

12:11

Toral Bayramov son matçda nə ilə yadda qaldı?

11:53

Qurban Qurbanov media nümayəndələri ilə görüşəcək

11:35

"Turan Tovuz" daha bir trasnferini açıqladı

11:17

"Neftçi" tilsimi qıra biləcəkmi?

10:59

Messi karyerasını bitirir - SON DURUM

10:41

"Araz-Naxçıvan" Bruno Frankonun müqaviləsinin müddətini uzadıb

10:23

ÇL: "Fənərbağça" mübarizəyə başlayır

10:04

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:45

Belçika millisi Rudi Qarsiya ilə bağlı qərarını verdi

09:23

ÇL: "Sabah" Finlandiya çempionu ilə qarşılaşır

09:00

Musa Qurbanlının son vəziyyəti nə yerdədir?

03:37

"Neftçi" - "Dinamo" oyununa neçə bilet satıldığı açıqlandı

03:10

"Qarabağ"ın rəqibi bərabərliklə başladı

20 İyul 2026
23:58

"Qarabağ" və "Turan Tovuz"un işi çətinləşdi

23:29

Portuqaliya nəhəngindən İngiltərə klubuna 50 milyonluq şərt

23:17

"Liverpul"dan müdafiəyə sürpriz həmlə

22:39

Premyer Liqada 10 milyonluq transfer

22:15

"Braqa"nın hücumçusunu rənglərinə bağladılar

21:54

Spens "Tottenhem"dən ayrılır: Hədəfi "İnter"dir

21:20

"Mançester Yunayted"in ulduzu karyerasını harada davam etdirəcək?

20:51

50 milyonluq hücumçu yarışı

20:06

“Sabahın Ulduzları” layihəsi çərçivəsində imza mərasimi keçirildi

Facebookdan bizi izləməyi unutmayın.
X