15:46 18.12.2024 520

AMADA "dəyirmi masa" keçirdi

Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) təşkilatçılığı ilə “Strateji tərəfdaşlıq: Qlobal antidopinq təşəbbüslərinin inkişafı üçün əməkdaşlıq” mövzusunda dəyirmi masa keçirilib.

Fanat.Az xəbər verir ki, tədbirdə hökumət rəsmiləri, hüquq-mühafizə orqanlarının nümayəndələri, Ümumdünya Antidopinq Agentliyinin, Beynəlxalq Test Agentliyinin, müxtəlif ölkələrin antidopinq təşkilatlarının rəhbərləri və beynəlxalq ekspertlər iştirak ediblər.

Dəyirmi masada çıxış edən Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək bildirib ki, antidopinq sahəsində səylər çox önəmlidir: “Bildiyiniz kimi, idmanda dopinqə qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransının (COP9) növbəti Bürosunun vitse-prezidentiyəm. Bir neçə gün əvvəl Estoniyada növbəti görüşüm oldu. Görüşdə ölkələrin antidopinq siyasətinə necə dəstək ola biləcəyi, bəzi ölkələrin qanunlara dəyişiklik etməsinin önəmi kimi mövzular müzakirə olunub. Dopinqlə mübarizə sahəsində geniş istiqamətli müzakirələrə ehtiyac duyulur. Azərbaycan beynəlxalq antidopinq siyasətini həmişə dəstəkləyir və Ümumdünya Antidopinq Agentliyi ilə həmrəylik nümayiş etdirir. İnanıram ki, dəyirmi masada maraqlı təkliflər və ideyalar ortaya çıxacaq və bu istiqamətdə əməkdaşlıq müzakirə olunacaq".

AMADA-nın icraçı direktoru Təhminə Tağı-zadə antidopinq sisteminin inkişaf etdirilməsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq bu istiqamətdə daha yaxşı və maraqlı təşəbbüslərin olduğunu diqqətə çatdırıb. AMADA rəhbəri qeyd edib ki, bugünkü dəyirmi masada həmin təşəbbüslər bölüşüləcək, fikir mübadiləsi aparılacaq, eləcə də təhsilin antidopinq sahəsində ən önəmli faktor olduğunu nəzərə alaraq, beynəlxalq təhsil mərkəzinin yaradılması da tədbirin əsas mövzularından biri kimi müzakirə ediləcək.

Dəyirmi masada, həmçinin antidopinqdə təhqiqat, testlərin gücləndirilməsi, təmiz idmana nail olmaq üçün təhsil və maarifləndirmənin inkişafı, asılılıqdan uzaq gələcək üçün tərəfdaşlıq və əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 Avqust 2026
01:25

Premyer Liqa: "Çelsi" 3 xalı 3 qolla qazandı

01:18

"Mənim üçün böyük qürur, həm də böyük məsuliyyətdir" - Elgiz Kərəmli

00:55

A Seriyası: "Roma" darmadağına sevindi

00:51

Vasile Bitlan Azərbaycan klubuna keçdi - FOTO

00:33

Super Liqa: "Kocaelispor"dan inamlı qələbə

24 Avqust 2026
23:52

Kamil karyerasını "Yuventus"da davam etdirəcək

23:09

Millimiz Rumıniya yığmasını məğlub etdi

22:47

"Leyptsiq" 21 yaşlı hücumçunu transfer edir

22:22

"Neftçi"ni mərhələdən edən Vardanyan Türkiyə yolunda

21:53

AÇ: Niderland seçməsi Portuqaliyanı məğlub edib

21:05

"Mançester Yunayted" "Arsenal"ın gənc ulduzunu istəyir

20:46

"Sabah" "Hapoel Ber-Şeva" matçına hazırlaşır: Açıq məşq keçirildi

20:23

"Vurduğum 6 qol üzərimdə təzyiq yaratmır" - Velko Simiç

20:10

Valdas Dambrauskas "Hapoel"lə matçdan əvvəl nə danışdı?

19:47

"Çelsi" "Yuventus"un ulduzuna göz dikdi

19:12

"Fənərbağça" keçmiş müdafiəçisini qaytarır

18:47

Kamran Xappayev Avropa birinciliyində bürünc medal qazanıb

18:13

"Tvente"nin bəhanəsi hazırdır: "Qarabağ" istirahət edir, biz isə..."

17:43

"Qalatasaray" Demiroviçə ilk təklifini göndərdi

17:24

"Beşiktaş" "Yuventus"un ulduzunu hədəfə aldı

17:06

"Bu, ölüm-dirim oyunudur və "Sabah"ın..."

16:48

Nsana Simon "Koper" ilə anlaşdı - RƏSMİ

16:29

"Səbail"dən ayrılan futbolçu digər 1-ci Liqa klubuna keçdi

16:11

"Fanat.Az Liqası"nda 2-ci turun qalibi həmkarımız oldu

15:53

"Tvente"ni Bakıda bu qədər niderlandlı azarkeş izləyəcək - AÇIQLAMA

15:35

"İstənilən rəqiblə görüşdə hədəfimiz yalnız qələbə olacaq" - Füzuli Məmmədov

15:16

"Neftçi"nin futbolçuları zirvədə - STATİSTİKA

14:59

AFFA milli komandalarımızın baş məşqçilərini açıqladı

14:39

Qubada üçüncü "Ulduz Cup" beynəlxalq futbol turniri başlayacaq

14:21

"Mingəçevir" son yoxlama oyununda heç-heçə etdi

14:03

"Tvente"nin Bakıya nə vaxt gələcəyi bilindi

13:44

Əliyev FİFA referisinə çatdı - Hakimliyin mənzərəsi

13:27

Rüfət Abbasov: "90-cı ilimizdə çempion olmaq istəyirik"

13:08

"Neftçi"nin hücumçusunun son vəziyyətinə aydınlıq gəldi

12:50

"Neftçi" çempionluq uğrunda mübarizə apardığını bir daha göstərdi" - Arif Əsədov

12:29

"Trabzonspor" Fabinyonun gəlişini açıqladı - RƏSMİ

12:11

"Cavab görüşü ilk matçdan çox da fərqlənməyəcək"

11:52

"Neftçi" 300-ə darmadağınla çatdı

11:37

O, buna nail olan 39-cu qapıçıdır

11:24

Mövsümdə ilk, "Neftçi" üçün 150-ci

Facebookdan bizi izləməyi unutmayın.
X