
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində bu gün 20:00-da "Dalğa Arena"da keçiriləcək “Araz-Naxçıvan” – “Omoniya” (Kipr) matçına bilet satışı davam edir.
Naxçıvan təmsilçisinin mətbuat xidmətindən Fanat.Az-a verilən məlumata görə, bu saata qədər 3 mindən çox bilet alınıb.
Biletlərin qiyməti sektorlara uyğun olaraq 1 və 2 manatdır. Azarkeşlər biletləri "Neftçi Arena" və “Dalğa Arena”nın kassalarından əldə edə bilərlər.
Qeyd edək ki, tərəflərin cavab görüşü avqustun 14-də Nikosiyada reallaşacaq.
Nihat